SON DƏQİQƏ
» » Ruhani: Zənginləşdirilmiş uran və ağır su satışı dayandırıldı

Ruhani: Zənginləşdirilmiş uran və ağır su satışı dayandırıldı

Tarix:

8-05-2019, 15:04

/ 268 dəfə oxundu.
Ruhani: Zənginləşdirilmiş uran və ağır su satışı dayandırıldı

 

Həsən Ruhani bildirib ki, mayın 8-də, Amerikanın nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasından və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini tapdamasından bir il keçir. Nüvə anlaşmasına üzv ölkələrə elan etdik ki, daha öz ağır su və zənginləşdirilmiş maddələrimizi satmırıq.

 Ruhani əlavə edib ki, nüvə anlaşmasına üzv ölkələrə elan etmişik ki, müzakirə masası arxasına gəlmələri üçün 60 gün fürsətləri var və əgər müzakirə masası arxasında beş ölkə ilə nəticəyə çatsaq və iki mühüm mənfəət kimi neft və bank sahələrində İranın əsas maraqları təmin edilsə, öncəki şəraitə geri dönəcəyik, yox əgər 60 günün sonunda biz nəticəyə çatmasaq, iki digər addımı atacağıq.

 İran prezidenti bildirib ki, İranın nüvə anlaşmasındakı razılığı bu olmuşdu ki, zənginləşdirməni 3,67 səviyyəsində saxlasın; bu addımdan çəkinirik, yəni daha bizim üçün bir səviyyə yoxdur və Ərak ağır su reaktoru ilə bağlı olaraq, 60 gündən sonra nüvə anlaşmasından öncəki proqramı davam etdirmək və Ərak ağır su reaktorunu təkmilləşdirmək barədə qərar çıxaracağıq.

 Ruhani bir daha xəbərdarlıq edib ki, nüvə anlaşmasındakı beş ölkəyə müraciətdə açıq şəkildə demişik ki. əgər bizim bugünkü addımımızdan bəhanə axtarıb, İranın işini təhlükəsizlik şurasına qaytararlarsa, olduqca qətiyyətli bir addımla üzləşmiş olacaqlar.

 İran heç vaxt müharibəyə başlayan tərəf olmayıbdır, amma heç vaxt da quldurluğa təslim olmur.

скачать dle 12.1

Şərhlər