SON DƏQİQƏ
» » Kliniki Uroloji Xəstəxaya Baş həkim və müavin TƏYİNATI OLUB

Kliniki Uroloji Xəstəxaya Baş həkim və müavin TƏYİNATI OLUB

Tarix:

31-10-2025, 15:52

/ 2 941 dəfə oxundu.
Kliniki Uroloji Xəstəxaya Baş həkim və müavin TƏYİNATI OLUB

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib.
Bu barədə GunAz.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bundan sonra xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək.
O, ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb. P.Hacıyev 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.
Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub. O, da ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, bundan öncə Respublika Klinik Uroloji Xəstəxanasına tibb üzrə fəlsəfə doktoru Fariz Babayev rəhbərlik edib. O, öz ərizəsi ilə işdən azad edilib.
скачать dle 12.1

Şərhlər