SON DƏQİQƏ
» » Xəzər dənizinin səviyyəsi rekord həddə endi

Xəzər dənizinin səviyyəsi rekord həddə endi

Tarix:

21-07-2025, 10:16

/ 2 569 dəfə oxundu.
Xəzər dənizinin səviyyəsi rekord həddə endi

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.
GunAz.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb.
Dəniz səviyyəsinin enməsi xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir.
Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb.
"Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir", - Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.
скачать dle 12.1

Şərhlər