SON DƏQİQƏ

Xəzər Dənizi ilə bağlı pis xəbər

Tarix:

16-11-2021, 08:00

/ 1 331 dəfə oxundu.
Xəzər Dənizi ilə bağlı pis xəbər

Xəzər dənizinin səviyyəsi enməkdə davam edir. Paytaxtda bu səhnə daha qabarıq şəkildə nəzəri cəlb edir.

Suyun səviyyəsinin kəskin şəkildə enməsi nəticəsində Dənizkənarı Milli Parkda sahil boyunca daş və torpaq qatın üzə çıxması müşahidə olunur.

Bəzi ərazilərdə isə vaxtilə suyun altında qalmış dəmir borular və digər metal materiallar üzə çıxıb.

Qeyd edək ki, tarix boyunca Xəzər dənizində suyun səviyyəsinin enməsi və qalxması dəfələrlə müşahidə olunub. Ötən ilin sonlarında isə almaniyalı və hollandiyalı tədqiqatçıların "Nature Communications Earth & Environment” jurnalında yayınlanan araşdırmasında enmə təhlükəsindən bəhs olunmuşdu. Bildirilirdi ki, 2100-cü ilə qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enəcək, nəticədə bu, bir sıra problemlərə, həmçinin ekoloji fəsadlara səbəb olacaq, üstəlik, dəniz hövzəsinin sahəsinin 23-34 faiz azalması regionun iqtisadi və siyasi stabilliyinə təsir göstərəcək.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi buxarlanmanın artması, illik yağıntının normadan aşağı olması, eyni zamanda qışda dəniz buzunun yoxa çıxması ilə izah olunur.

Xəzərin suyunun azalması dənizdəki adaların da ərazisini genişləndirib, həmçinin yeni adaların "boy” verməsinə səbəb olmaqdadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ