SON DƏQİQƏ

Xankəndidə forum: Rəsmilər iştirak edir

Tarix:

2-06-2025, 10:12

/ 2 419 dəfə oxundu.
Xankəndidə forum: Rəsmilər iştirak edir

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.
GunAz.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.
Forum çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar", "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" adlı iki panelin keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda Qarabağ Universitetinin tələbələrinin təqdimatında musiqili proqram da baş tutacaq.
скачать dle 12.1

Şərhlər