SON DƏQİQƏ
» » “Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”

“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”

Tarix:

13-05-2024, 11:24

/ 3 833 dəfə oxundu.
“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”

“Qarabağ Universitetinə qəbul planı təsdiqlənib”.
GunAz.az “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: “Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq”.
E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: “Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb”.
Nazirin sözlərinə görə, universitetə üç proqram rəhbəri qəbulu artıq bitib və bu həftə ərzində nəticələr açıqlanacaq: “Yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq”.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ