
Tikinti bazarında kəskin qiymət artımı gözlənilmir.
GunAz.az xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasının (ATMİA) Baş Katibi Şahanə Sarı mətbuat konfransında deyib.
O bildirib ki, tikinti bazarında qiymətlər ilə bağlı dolğun cavab vermək üçün bu məsələ ekspertizaya yönləndirilməlidir:
“Yerli istehsalın artdığını nəzərə alaraq onu demək olar ki, tikinti materiallarının qiymətində ciddi artım gözlənilmir”- deyə o qeyd edib.