SON DƏQİQƏ

Konstitusiyada nələr dəyişdirilməlidir?

Tarix:

23-01-2025, 14:14

/ 3 301 dəfə oxundu.
Konstitusiyada nələr dəyişdirilməlidir?

“Yeni dövrə qədəm qoymuşuq və ölkə daxilindəki strukturların dəyişdirilməsi birbaşa olaraq Konstitusiyada da öz əksini tapmalıdır”.
GunAz.az xəbər verir ki, bunu “Yeni Sabah”a hüquqşünas Səadət Bənənyarlı bildirib.
Xatırladaq ki, bu gün Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Konstitusiya dəyişikliyi məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı danışan Səadət Bənənyarlı bildirib ki, hazırki vəziyyətdə ölkədə mütləq referendum keçirilməlidir:
“Konstitusiya layihəsi müzakirələrdən keçdikdən sonra refenduma təqdim olunmalıdır. Fikrimcə, təkcə strukturlarla deyil, parlament və digər məsələlərlə bağlı da dəyişikliklərə ehtiyac var.
Yeni dövrə qədəm qoymuşuq və ölkə daxilindəki strukturların dəyişdirilməsi birbaşa olaraq Konstitusiyada da öz əksini tapmalıdır. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə, yəni prezidentin nümayəndəliyi forması mövcud Əsas Qanunun müddəaları arasında yoxdur. Digər tərəfdən, yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında vəzifə və səlahiyyət bölgüsü də konkretləşdirikməyib. Hazırda bələdiyyə və icra hakimiyyətlərinin iş bölgüsü demək olar ki, üst-üstə düşür”.
Hüquqşünasın fikrincə, bələdiyyələrin səlahiyyətlərin artırılması olduqca vacib məsələdir:
“Səlahiyyətlərin daha çox bələdiyyələrə verilməsinin tərəfdarıyam. Bu, günün tələbidir. Əslində, icra strukturları dövlətin yürütdüyü siyasi xəttin davamlılığı və qanunvericiliyə uyğunluğuna nəzarət etməlidir. Bu baxımdan, icra işini daha çox bələdiyyələrə vermək daha yaxşı olardı.
Bundan başqa, vitse-prezidentlərin, publik hüquqi şəxslərin və s. vəzifə və səlahiyyətləri konkretləşdirilməlidir.
Konstitusiya dəyişikliyi hər gün edilmir və yeni Əsas Qanun uzunmüddətli dövrü əhatə etməlidir. Eyni zamanda, Naxçıvanın muxtar dövlət statusunun ləğvi və parlament seçkilərində partiyalarının rolunun artırılması üçün qarışıq seçki üsulu, habelə dogər vacib məsələlər yeni Konstitusiyada əksini tapmalıdır”.
Xatırladaq ki, yeni əsrdə Azərbaycanda 3 dəfə (2002, 2009 və 2016-cı illərdə Konstitusiya referendumları keçirilib.
скачать dle 12.1

Şərhlər