SON DƏQİQƏ

Rusiyada iki tramvay toqquşdu: 102 yaralı var

Tarix:

6-06-2024, 11:20

/ 2 554 dəfə oxundu.
Rusiyada iki tramvay toqquşdu: 102 yaralı var

Rusiyanın Kemerovo vilayətində iki tramvay toqquşub.
GunAz.az xəbər verir ki, bu barədə Kemerovo qubernatorunun səlahiyyətlərini icra edən İlya Seredyuk bildirib.
"Hadisə nəticəsində 67 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. On nəfər isə ambulator müalicəyə göndərilib”, - İ.Seredyuk qeyd edib.
Qəzanın səbəbləri araşdırılır.
Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında 2 tramvayın toqquşması nəticəsində yaralananların sayı 102 nəfərə çatıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi məlumat verib.
скачать dle 12.1

Şərhlər