SON DƏQİQƏ
» » Rusiyadan Ukraynaya zərbə: ölən və yaralananlar var

Rusiyadan Ukraynaya zərbə: ölən və yaralananlar var

Tarix:

19-04-2024, 10:15

/ 2 763 dəfə oxundu.
Rusiyadan Ukraynaya zərbə: ölən və yaralananlar var

Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.
GunAz.az xəbər verir ki, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.
Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə 1 nəfər həlak olub, 9-u yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib.
Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə 2 nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.
Sinelnikova da raket hücumu baş verib. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb.
Şəhərdə 4 fərdi ev dağılıb, 8-i isə yararsız hala düşüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ