SON DƏQİQƏ
» » Teyyub Qənioğlu: Şəhidlərimizin qanı hesabına biz bu qələbəni əldə etmişik!

Teyyub Qənioğlu: Şəhidlərimizin qanı hesabına biz bu qələbəni əldə etmişik!

Tarix:

29-12-2023, 14:48

/ 6 276 dəfə oxundu.
Teyyub Qənioğlu: Şəhidlərimizin qanı hesabına biz bu qələbəni əldə etmişik!

Redaksiyamız siyasi şərhçi, politoloq Teyyub Qənioğlu ilə söhbətləşib, onun keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibətini öyrənib.

- Teyyub bəy! Bildiyiniz kimi Prezident İlham Əliyev 07 fevral 2024-cü ildə ölkəmizdə növbədənkənar prezident seçkisinin keçirilməsi məqsədi ilə müvafiq Sərəncam imzalamışdır. Həm ölkəmizdə,  həm də xaricdə Prezidentin  bu sərəncamına, onun məqsədəuyğunluğuna, zəruriliyinə  münasibətdə müxtəlif yanaşmalar, fikirlər  vardır. Sizin fikrinizcə bu zərurət nədən irəli gəlmişdir və nə dərəcədə məqsədə uyğundur?  

- Təəssüf ki, təqtibən  son 200 il ərzində biz müxtəlif səbəblərdən əzəli və əbədi torpaqlarımızı itirə-itirə gəlmişik. İlk dəfədir ki, Azərbaycan 30 il ərzidə işğal altında olan torpaqlarımızı azad edib, dövlətimizin ərizi bütövlüyünü, süvürenliyini bərpa etmişik. Bu möhtəşəm tarixi qələbənin memarı Azərbaycan Prezidenti İlham Əliyevdir! Məhz onun uzaqgörən, hərtərəfli düşünülmüş siyaəti və Ali Baş Komandan kimi rəhbərliyi ilə əsgər və zabitlərimizin qəhramanlığı, şəhidlərimizin qanı (Allah onlara rəhmət eləsin!) hesabına biz bu qələbəni əldə etmişik! Bu qələbədən artıq 3 ildən çox  vaxt keçib. Ancaq hələ də  onu qəbul etməyən, onunla barışmaq, revanş hissindən əl çəkmək istəməyən erməni faşistləri, ermənidən çox ermənilik edən, başda Fransa  olmaqla, bəzi Qərb dövlətləri və daxilimizdə bəzi dönüklər vardır. Onlar  dövlətimizin ərazi bütövlüyünün bərpası, Azərbaycanın və onun Prezidentinin dünyada getdikcə artan nüvuzu,  Aərbaycanın regionun ən vacb, güclü dövlətinə çevrilməsi ilə barışmaq istəmirlər. Ona görə də, İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə qarşıdırlar. Bu səbəbdən növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı Sərancamı əsası olmayan müxtəlif bəhanələrlə, qarayaxmalarla gözdən salmağa çalışrlar və  təəssüf ki, bu fitnəkar hərəkətlərə ölkəmizdə “fəaliyyət göstərən” 5-ci kalonun nümayədələrini  də cəlb edirlər. Ancaq bu qəbildən olan fitnəkar, riyakar fəaliiyyətlərin heç biri Azərbaycan seçiçisini çaşdıra bilməz! Azərbaycan seçicisi kimin kim olduğunu çox yaxşı bilir!
Növbədənkənar prezident seçkisinin keçirilməsinin məqsədəuyğunluğuna və zəruriliyinə gəldikdə bunları demək olar: Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, torpaqlarımızın işğalı səbəbindən, heç vaxt prezident seçkilərini ölkənin bütün ərazisində həyata keçirə bilməmişdir. İndi ilk dəfədir ki, biz belə imkanı əldə etmişik. İkincisi, növbədən kənar prezident seçkisini ölkənin bütün ərazisində keçirməklə Azərbaycan bütün dünyaya bir daha göstərəcək və sübüt edəcəkdir ki, QARABAĞ AZƏRBAYCANDIR! Ona görə də, 07 fevral 2024-cü ildə ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini məqsədəuyğun və zəruri hesab edirəm.

- Növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 15-ə çatıb və artacağı da istisna edilmir. Hazıra Prezident İlham Əliyevin nüfuzu  həm ökəmizdə, həm də xaricdə xeyli yüksəkdir. Belə olan təqdirdə prezident seçilmək istəyənlər qalib gəlmək üçün Sizcə  nəyə ümid edirlər və ya hansı məqsədi qarşlarına qoyurlar

- Əvvəla onu nəzərə almaq lazımdır ki, alternativsiz keçirilən istənilən seçkilərin nəticələri heç də həmizə birmənalı qarşılanmır. Ona görə də növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlərin sayının çoxluğu müsbət qarşılanmalıdır və təqdirə layiqdir. Mən namizədliyini irəli sürənlərin çoxunu şəxsən tanıyıram, onların sırasında kifayət qədər savadlı, vətənpərvər, təcrübəli, Azərbaycanda və dünyada mövcud  reallıqlara yaxşı bələd olan siyasətçilər vardır. Onların hamısına seçkilərdə uğurlar arzulayıram. Ancaq inanıram ki, namizədlərin hamısı qarşıdakı prezident seçkilərində İlham Əliyevin qalib gələcəyinə əmindirlər. Yəqin ki, növbədənkənar prezident seçkisində iştirak etmək istəyən namizədlərin hərəsinin öz məqsədləri vardır. Məsələn,  siyasi partiyaların namizədələri bu seçkidə iştirak etməklə partiyalarının daha çox vətəndaşlar tərəfindən tanınması, öz sıralarının genişləndirilməsi, növbəti seçkilərdə özlərinin iştirak  imkanlarının bir daha qiymətləndirilməsi və s. məqsədlərini, sıravi namizədlər - ölkədə tanınmaq istəyini qarşıya qoya bilərlər.  Ancaq hesab edirəm ki, İlham Əliyevin nüfüzünün və  reytinqinin yüksəkliyi seçkinin nəticələrinin necə olacağını əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Ona görə də, 07 fevral 2024-cü ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkilərində iştirak edənlərin, İlham Əlyevdən başqa,  hamısının ikinci yer uğrunda mübarizə aparacaqları aydın görünür.

Söhbətləşdi Fəridə Qafarqızı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ