SON DƏQİQƏ
» » MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi

MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi

Tarix:

8-12-2023, 16:42

/ 1 564 dəfə oxundu.
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib.

Bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.
Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Bununla bağlı MSK növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ