Ceyhun Qənbərov: “Muğamı qorumaq və gələcək nəsillərə ötürmək mənəvi borcumuzdur”
Muğam ifaçısı, pedaqoq və milli mədəniyyətin fəal təbliğatçısı Ceyhun Qənbərov uzun illərdir Azərbaycan muğamının yaşadılması, gənc ifaçı nəslinin yetişdirilməsi və milli musiqi irsinin qorunması istiqamətində fəaliyyət göstərir.
Ceyhun Qənbərov Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1992-ci ildə, cəmi 6 yaşında olarkən ailəsi ilə birlikdə yurdundan didərgin düşərək köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Hazırda Bakı şəhərinin Xəzər rayonunda yaşayır.
Sənətkarın sözlərinə görə, musiqiyə marağı hələ uşaqlıq illərində formalaşıb.Radiodan dinlədiyi muğamlar və xalq musiqisi onun gələcək sənət yolunun əsasını qoyub.

Məşədi Məmməd Fərzəliyev,Keçəçioğlu Məhəmməd,Xan Şuşinski, Şəkili Ələsgər Abdullayev, Cabbar Qaryağdıoğlu, Yaqub Məmmədov, Arif Babayev, Qulu Əsgərov, İslam Abdullayev, Sabir Mirzəyev,Ağaxan Abdullayev və Mənsum İbrahimov kimi görkəmli sənətkarların yaradıcılığı isə onun musiqi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. O, xüsusilə radioda Mənsum İbrahimovun ifalarını dinləməyin özünə güclü ilham verdiyini deyir:
“Radioda Mənsum müəllimin ifalarını dinləyər və bir gün onun tələbəsi olmağı çox arzulayardım. Şükürlər olsun ki, bu arzum gec də olsa, gerçəkləşdi və buna görə Allaha minnətdaram.”
Ceyhun Qənbərov ilk musiqi təhsilini yaşadığı obadan xeyli uzaqda yerləşən köçkün qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu Şamkənd kənd Uşaq Musiqi Məktəbində alıb. Onun ilk musiqi müəllimi Qaybalı Məhərrəmov olub.
Sənətkar təhsil yolu barədə danışarkən bildirir:
“Uşaqlığım Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən Laçın obalarında keçib. Məcburi köçkünlüyün ilk və ən ağır illərində ailəmlə birlikdə içməli suyun belə olmadığı, qamış və palçıqdan tikilmiş daxmada yaşamışıq. Bakıya köçənə qədər fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olaraq ailəmin güzəranını təmin edirdim. Lakin həmin ərazidə kənd təsərrüfatı üçün imkanlar da olduqca məhdud idi. Həyatın ən sadə ehtiyaclarının belə çətinliklə qarşılandığı o dövrdə təhsil almaq imkanlarım da son dərəcə məhdud idi. Məcburi köçkünlüyün yaratdığı ağır şərait səbəbindən təhsilimi arzuladığım səviyyədə davam etdirə bilmədim. Halbuki uşaqlıqdan musiqiyə, xüsusilə muğam sənətinə böyük marağım və sevgim vardı. Musiqi təhsilimi universitet səviyyəsində davam etdirmək istəsəm də, həyatın çətinlikləri bu arzumun önünə uzun illər keçilməz bir sədd çəkdi.
Aradan illər keçdikdən sonra, 2014-cü ildə Bakı Musiqi Kollecinə imtahan verərək daxil oldum. Bu, mənim üçün sadəcə təhsil imkanı deyil, illərlə içimdə yaşatdığım bir arzunun gerçəkləşməsi idi. Buna görə də həm öz təhsilimi davam etdirmək, həm də dörd azyaşlı övladımın daha yaxşı gələcəyə sahib olması ümidi ilə ailəmlə birlikdə Bakıya köçmək qərarı verdim. Maddi imkanlarımız məhdud olduğundan ilk vaxtlar qohum evində yaşamaq məcburiyyətində qaldıq.
Bakıda həyatımıza yenidən başlamaq asan olmadı. Qarşımda eyni anda iki ağır məsuliyyət dayanırdı, bir tərəfdən tələbə kimi təhsil almaq, digər tərəfdən isə ailəmi dolandırmaq və onların məskunlaşması üçün çalışmaq. Bütün çətinliklərə baxmayaraq, bu qərar həyatımın dönüş nöqtəsinə çevrildi və mənə illərlə yarımçıq qalmış təhsil yolumu davam etdirmək imkanı verdi.”
Peşəkar sənət yolunda isə Azərbaycan Respublikasının Xalq artisti, professor Mənsum İbrahimovun müstəsna rolu olub. Ceyhun Qənbərov Bakı Musiqi Kollecini və Azərbaycan Milli Konservatoriyasını məhz Mənsum İbrahimovun sinfində bitirib.
Ustadı Mənsum İbrahimovla bağlı xatirələrini isə böyük ehtiramla belə bölüşür:
“Mənsum müəllimin sənətyolumda xüsusi yeri var. Bu, təkcə ustad-şagird münasibəti deyil. Mən onu ilk növbədə insan kimi yüksək dəyərlərinə, səmimiyyətinə və qayğıkeşliyinə görə qiymətləndirirəm. Sənət yolumun ən çətin dövrlərində ilk dəfə son ümidlə onun yanına getmişdim. O mənə ümid verdi, dəstək oldu və doğru yolu göstərdi. Bu gün qazandığım uğurlarda onun rolu böyükdür. Ona verdiyim yüksək dəyər təkcə müəllimliyinə görə deyil, həm də insani keyfiyyətlərinə görədir. O, təkcə sinfinin qapısını deyil, hətta evinin də qapısını sənət üçün üzümə açdı.”
İfaçı muğamı ömür boyu öyrənilən bir sənət kimi dəyərləndirir və vurğulayır ki, bu yolda təkəbbürə və laqeydliyə yer yoxdur. Onun fikrincə, incəsənət ciddi fədakarlıq və intizam tələb edir:
“İncəsənət qurban tələb edir ifadəsi çox vaxt düzgün anlaşılmır. Burada söhbət insanın sənətinə olan məsuliyyətindən gedir. Sənətçi həyat tərzinə diqqət etməli, sağlamlığına zərər verən amillərdən uzaq durmalı və daim öz üzərində işləməlidir. O, bəzən istirahətindən belə keçərək sənətinə vaxt ayırmalıdır. Bu, fədakarlığın bir formasıdır.”
O qeyd edir ki, bu anlayışı düzgün dərk etməyən insanlar həm sənətdə, həm də həyatda çətinliklərlə üzləşə bilərlər.
Hazırda Ceyhun müəllim Gənclərin Respublika Bədii Yaradıcılıq Evində muğam dərnəyinin rəhbəri kimi fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi dərnəyin üzvləri ölkə miqyasında keçirilən müxtəlif müsabiqələrdə uğurlu nəticələr əldə edib, tələbələri dəfələrlə birinci yerlərə layiq görülüb,müxtəlif yarışların final mərhələsinə vəsiqə qazanıblar. Son olaraq keçirilən “Bahar nəğmələri” müsabiqəsində onun tələbələri Nigar Heydərli və Əziz Heydərli birinci yerə layiq görülüblər.
İfaçı uzun illərdir sənət dostları ilə birgə çalışdığını da bildirir.O qeyd edir ki, tar ifaçısı Elnur İbrahimov və kamança ifaçısı Rəcəb Əhmədovla birlikdə müxtəlif konsert proqramlarında, qastrol səfərlərində və televiziya çıxışlarında Azərbaycan muğamının təbliği istiqamətində fəaliyyət göstərir. Sənətkar hər il keçirilən muğam müsabiqəsində iştirak edə bilmədiyini də təəssüflə qeyd edir:
"Təəssüf ki, məcburi köçkünlüyün ağır şərtləri altında yaşadığıma görə çox gec təhsil ala bilmişəm.Beləliklə müsabiqədə iştirak üçün yaş məhdudiyyəti olduğuna görə Televiziya Muğam Müsabiqəsində iştirak edə bilməmişəm. Bununla belə, Elm və Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən bir sıra müsabiqələrdə münsiflər heyətinin üzvü olmuşam."
Sənətkar həmçinin bir sıra mədəni layihələrdə və müsabiqələrdə münsif kimi iştirak edib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş tədbirlərdə və digər mədəni yarışmalarda xalq artistləri və əməkdar artistlərlə birlikdə münsiflər heyətinin üzvü olub. Şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərdə və vətənpərvərlik mövzulu layihələrdə də yaxından iştirak edib. Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə ölkəmizi tələbələri ilə birlikdə uğurla təmsil edib.
Ceyhun müəllimin fikrincə, muğam təkcə musiqi deyil, daha dərin mənəvi məna daşıyan bir sənətdir. O, muğamı belə dəyərləndirir:
“Muğam mənim üçün sadəcə musiqi deyil. O, bəşəriyyətin ən ülvi duyğularını, könül fəlsəfəsini və ruhun dərinliyini əks etdirir. Muğam bir fəlsəfədir, bir mənəvi aləmdir. O sanki ilahi bir imzanın təzahürüdür.”
Yekunda muğam ifaçısı qeyd edir ki, muğamın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir sənət adamının mənəvi borcudur:
“Arzum budur ki, Azərbaycan xalqı hər zaman gözəl musiqi sədaları altında xoş və firavan yaşasın. Muğam bu gün də yaşayır və gələcəkdə də yaşayacaq.”

Rəsmiyyə HEYBƏTAĞAQIZI