Azərbaycan muğam sənətinin incəliklərini qoruyub yaşadan istedadlı sənətkarlardan biri də Fərman Allahverdiyevdir. O, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində doğulub və hazırda da burada yaşayır. Fərman Allahverdiyev muğam sənətinə olan dərin sevgisini gənc yaşlarından nümayiş etdirib və bu istiqamətdə peşəkar təhsil alaraq öz sənət yolunu formalaşdırıb.
Xanəndə Muğam Teatrını bitirib və Azərbaycanın görkəmli muğam ustadı, xalq artisti İslam Rzayevin tələbəsi olub. Böyük sənətkarın məktəbindən keçmək Fərman Allahverdiyevin ifa tərzində öz aydın izini buraxıb. O, ustadından muğamın incəliklərini, səsin düzgün idarə olunmasını və ən əsası, xalq musiqisinə sadiq qalmağı öyrənib.
Bu gün Fərman Allahverdiyev el şənliklərinin sevilən xanəndələrindən biridir. Onun məlahətli və təsirli səsi hər bir dinləyicinin qəlbinə yol tapır. İfa etdiyi muğam parçalarında duyğunun dərinliyi, səsin gücü və muğamın ruhu hiss olunur.
Sənətkarın çıxış etdiyi məclislər, toylar və mədəni tədbirlər insanların yaddaşında uzun müddət qalır. O, sadəliyi, təvazökarlığı və sənətinə olan sevgi ilə fərqlənir. Fərman Allahverdiyev üçün muğam təkcə musiqi deyil, həm də bir ruhani dünyadır – xalqın keçmişi, bu günü və gələcəyini birləşdirən mənəvi körpüdür.
Fərman Allahverdiyev kimi xanəndələr Azərbaycanın muğam irsini yaşadan, onu gələcək nəsillərə ötürən mədəniyyət daşıyıcılarıdır. Onun sənəti Naxçıvanın, xüsusən də Tənənəm kəndinin musiqi mədəniyyətində xüsusi yer tutur.

Sürəyya HACIYEVA