SON DƏQİQƏ
» » "Azərbaycanfilm"in rəhbərliyi istefa verdi: "Fəaliyyətsizlik səbəb oldu"

"Azərbaycanfilm"in rəhbərliyi istefa verdi: "Fəaliyyətsizlik səbəb oldu"

Tarix:

10-06-2024, 13:59

/ 16 616 dəfə oxundu.
"Azərbaycanfilm"in rəhbərliyi istefa verdi: "Fəaliyyətsizlik səbəb oldu"

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.
GunAz.az-ın əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.
Nazim Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.
Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.скачать dle 12.1

Şərhlər