"Azərbaycanfilm"in rəhbərliyi istefa verdi: "Fəaliyyətsizlik səbəb oldu"

GunAz.az-ın əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.
Nazim Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.
Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.