SON DƏQİQƏ

MN-in daha 3 polkovniki vəzifədən azad edildi

Tarix:

28-07-2023, 16:57

/ 1 825 dəfə oxundu.
MN-in daha 3 polkovniki vəzifədən azad edildi

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilov, Quru Qoşunlarının Əməliyyat İdarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev və Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov tutduqları vəzifədən azad olunublar.

Bu barədə Bizim.Media məlumat yayıb.

Onların tutduqları postdan yaş həddi ilə bağlı uzaqlaşdırıldığı bildirilir. Belə ki, hər üç polkovinikin yaşı 60-dan çoxdur.

Digər məlumata görə, işdən azad edilən polkovniklər bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovun yaxın adamlarıdır. Hətta Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilovun Nizam Osmanovla sinif yoldaşı olduğu bildirilir.

Xatırladaq ki, bundan əvvəl Müdafiə Nazirliyinin 4 yüksək vəzifəli şəxsinin işdən azad olunduğu ilə bağlı məlumat yayılıb. Bildirilib ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev, Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov və müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanov tutduqları vəzifədən azad ediliblər.

Onlardan ikisinin - Nizam Osmanov və Elxan İbrahimovun vəzifələrini itirdikləri rəsmi təsdiqini tapıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ