SON DƏQİQƏ
» » New Yorkda meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan olundu

New Yorkda meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan olundu

Tarix:

30-07-2022, 09:38

/ 1 270 dəfə oxundu.
New Yorkda meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan olundu

Nyu-Yorkda meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bu barədə ştatın qubernatoru Keti Hokul bəyan edib.

 

Onun sözlərinə görə, ölkə üzrə meymunçiçəyinə yoluxma hallarının dörddə biri bu ştatda baş verir.

"Mən və komandam daha çox peyvənd təmin etmək, sınaqları genişləndirmək və epidemiya zamanı təhlükəsiz qalmaq üçün ictimaiyyəti maarifləndirmək üçün gecə-gündüz işləyirik”, - deyə Hokul əlavə edib.

İyulun 29-na olan məlumata görə, Nyu-Yorkda meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb.

Bu günə qədər dünyada 79 ölkədə 22 000-dən çox yoluxma qeydə alınıb. İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyəti elan edib.

скачать dle 12.1

Şərhlər