SON DƏQİQƏ
» » Daha bir ölkədə meymun çiçəyinə yoluxma qeydə alındı

Daha bir ölkədə meymun çiçəyinə yoluxma qeydə alındı

Tarix:

27-06-2022, 09:34

/ 1 408 dəfə oxundu.
Daha bir ölkədə meymun çiçəyinə yoluxma qeydə alındı

Perunun paytaxtı Limada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

Bu barədə Perunun səhiyyə naziri Xorxe Lopes məlumat verib.

 

"Xəstə dünən bütün laborator müayinələrdən keçib, nəticədə onun meymunçiçəyi xəstəliyinə yoluxduğu təsdiqini tapıb. Yoluxmuş şəxs əcnəbidir, hazırda o təcrid olunub, vəziyyəti stabildir”, - deyə Perunun səhiyyə naziri vurğulayıb.

Qeyd edək ki, meymunçiçəyinə yoluxma artıq 60-a yaxın ölkədə təsdiqlənib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ