SON DƏQİQƏ
» » Aİ ölkələri meymunçiçəyinə qarşı peyvənd alacaq

Aİ ölkələri meymunçiçəyinə qarşı peyvənd alacaq

Tarix:

26-05-2022, 23:05

/ 1 296 dəfə oxundu.
Aİ ölkələri meymunçiçəyinə qarşı peyvənd alacaq

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkə meymunçiçəyi (monkeypox) xəstəliyinə qarşı peyvənd və antiviral dərmanlar almağa qərar verib.

GunAz.az xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Karolina Darias mətbuata açıqlamasında bidirib.

 

Onun sözlərinə görə, Danimarkanın "Bavarian Nordic” şirkəti tərəfindən istehsal edilən və Avropa Dərman Agentliyi tərəfindən təsdiq olunan "Ankara ştammı” adlı suçiçəyi peyvəndi variantı "Imvanex” Aİ-də meymunçiçəyi xəstəliyində istifadə üçün alınacaq.

İspaniyalı nazir peyvəndin hansı yaş və xəstə qruplarına tətbiq ediləcəyi barədə hələlik məlumat paylaşmayıb.

Avropada meymunçiçəyinə yoluxma hallarının ən çox olduğu ölkə hazırda İspaniyadır.

Nazirliyin son məlumatlarına görə, İspaniyada meymunçiçəyi 59 nəfərdə təsdiqlənib.


скачать dle 12.1

Şərhlər