SON DƏQİQƏ

Ağalıya ilk köç bu tarixdə olacaq

Tarix:

13-07-2022, 14:21

/ 1 529 dəfə oxundu.
Ağalıya ilk köç bu tarixdə olacaq

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.

Bu barədə Publika.az-a Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.

Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:

"Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcəklər, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”.

Digər etibarlı mənbələrdən əldə etdiyimiz digər məlumatlara görə, ilk köç prosesi ilə bağlı Ağalı kəndində gerçəkləşdiriləcək mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ