
İlk növbədə, Qarabağın işğaldan azad olunmuş ərazilərinə köçəcək insanların təhlükəsizliyi təmin olunmalıdır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Azərbaycanın rəsmi qurumları, o cümlədən "Qaçqınkom" və Zəngilan rayon İcra Hakimiyyəti ötən ilin dekabr, daha sonra bu ilin mart ayına Ağalı kəndinə əhalinin köçürüləcəyini açılqlamışdı. Lakin bu niyyət baş tutmadı.
Elman Məmmədov bununla bağlı bildirib ki, işğaldan azad olunmuş bütün ərazilərə qayıdış olacaq:
"Ağalı kəndi insanların məskunlaşacağı ilk yerlərdən biri olacaq. Lakin onların məskunlaşması üçün bütün lazımi şərait yaradılmalıdır. İlk növbədə, onların təhlükəsizliyi təmin olunmalıdır. Daha sonra isə yaşayış yerləri verilməlidir”.
Deputatın sözlərinə görə, kəndə köçən insanlar hökmən işlə təmin olunmalıdır:
"İnsanları ora köçürən zaman, təbii ki, hər birinin məşğuliyyəti olmalıdır. Hər hansı bir işlə təmin olunmlıdırlar. İş yerləri olmadan, müəyyən iş sahələri yaratmadan insanları ora köçürmək olmaz. İnsan işsiz necə yaşayar?! Buna görə də, proses mərhələ-mərhələ həyata keçirilir”.
E.Məmmədov qeyd edib ki, köç prosesi yaxın vaxtlarda baş tutacaq:
"İlk növbədə, Ağalı kəndində təhlükəsizlik tədbirləri görülür. Ərazi minalardan təmizlənib. Hazırda evlər tikilir, infrastruktur yaradılır. Yol, qaz, su, işıq çəkilir.
Bununla yanaşı iş yerləri, bağçalar, tibb məntəqələri yaradılır. Bunlar hamısı yaradılmalıdır ki, əhali qayıdan da rahatlıqla yaşasın. Qayıdış yaxın vaxtlarda baş tutacaq”.yenisabah.az