SON DƏQİQƏ

Əli Əsədov qərar imzaladı

Tarix:

27-05-2022, 20:22

/ 2 366 dəfə oxundu.
Əli Əsədov qərar imzaladı

ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı "Vahid elektron lövhə”nin yaradılması və tətbiqinə başlanılması tapşırılıb.

Bu barədə Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi zərurəti ilə hazırlanıb.

Belə ki, qaydaların əvvəlki redaksiyasında vergilər üzrə artıq ödənilmiş vəsaitlərin vergi ödəyicisinə qaytarılmasının təmin edilməsi məqsədilə tərtib edilmiş rəylə birlikdə vergi orqanlarına təqdim edilmiş müvafiq ərizənin surətinin də maliyyə orqanlarına təqdim edilməsi nəzərdə tutulurdu.

Qeyd edilən prosedurun Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış "Vahid elektron lövhə” vasitəsilə elektron formada həyata keçirələcəyini nəzərə alaraq, qərarda bununla bağlı müddəalar nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ