SON DƏQİQƏ

Vergi borcu ödənilmədikdə nə baş verə bilər?

Tarix:

7-07-2021, 18:24

/ 4 353 dəfə oxundu.
Vergi borcu ödənilmədikdə nə baş verə bilər?

Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergiödəyicisinin əsas vəzifələrindəndir.

Vergi borclarının ödənilməsi iki qaydada - vergiödəyicisi tərəfindən könüllü şəkildə və vergi orqanı tərəfindən inzibati tədbirlərin görülməsi yolu ilə aparılır.

Vergi borcları könüllü şəkildə ödənilmədikdə isə vergiödəyiciləri barədə inzibati tədbirlər görülür. Başqa sözlə, vergiödəyicisi və ya vergi orqanı tərəfindən hesablanan və bəyan edilən vergilər qanunda müəyyən edilmiş müddətdə könüllü şəkildə ödənilmədikdə, vergi orqanı vergi borclarının ödənilməsini aşağıdakı qaydada təmin edir:

- vergiödəyicisinin milli və xarici valyuta üzrə bank hesabları olduğu təşkilatlara (bank və kredit təşkilatlarına) sərəncam vermək yolu ilə;

- məhkəməyə şikayət etməklə məhkəmənin müvafiq qərarı vasitəsilə inzibati icraat haqqında qərarın qəbul edilməsi yolu ilə;

- vergiödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının silinməsi yolu ilə;

- vergiödəyicisinin borc məbləğinin 105 faizi həcmində ƏDV depozit hesabında dondurulması qərarı qəbul etməklə.

Həmçinin qeyd olunub ki, Vergi Məcəlləsində hər bir verginin ödənilmə müddətləri və bəyannamələrinin təqdim edilməsi dövrü ayrıca müəyyən edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ