SON DƏQİQƏ

Anormal ARTIM

Tarix:23-05-2022, 12:14 Oxunub:2 812

Müşahidə edərək, qulaq asaraq düşünmək...
Bu dəfəki müşahidə obyektimiz artımdır:
1. Son vaxtlar marketlərdə tədricən, ancaq hər gün artan qiymətlər. Dollar qalxmır, benzin, maaş qalxmır, hansı zərurətdən qiymətlər artır?
Beləliklə camaatın pulu dəyərsizləşir, yəni faktiki maaş aşağı düşür demək. Meyvə- tərəvəzin də qiyməti ceyran belində, gərək hepard zad olasan ki, xəstəsinə, zayına çata biləsən.
2. Yeniyetmə və gənc pul istəyənlərin çoxalması. Dünən dostumla çayxanada nərd oynayırdıq, iki üç dəfə təxminən 4- 6 - cı siniflərdə oxuyan uşaqlar yaxınlaşıb, pul istədilər. Gecə yolda gedəndə neçə nəfər gənc pul istəyir. Biri nəsə dedi, elə bildim siqaret istəyir, verdim, utana- utana, dediki, qəpik lazımdı. Zibil yeşiklərinin də ətrafında " sıxlıq" yaranıb. Nəsə axtarırlar. Bunların əksəriyyəti yəqin ki, narkotik aludəçiləridir.
3. Şəhərin mərkəzində ərəb turistlərin çoxalması və onları " tutmaq" üçün yabanı müsiqilərin, davranışların artımı.
Hər bir cəmiyyətdə qiymət dəyişməsi, pul istəyən, narkotik istifadəçisi və xarici turist ola bilər. Lakin , qiymətlərin bir xəttli fasiləsiz artması, pul istəyən və narkotik aludəçəlirənin gözəçarpan qədər çoxalması, turistlərin ancaq yaxın Şərqdən olanlar hesabına artması anormallıqdır, ciddi problemdir.
Maddi, mənəvi zəngin, fiziki və ruhu sağlam , milli dəyərləri qorunmuş cəmiyyət, vətəndaşlar çoxluğu xalqın və dövlətin əsas güc göstəricisidir.
Dənizin qırağının hasarlarını da sökün, istilər gəlir, camaat getsin istirahət etsin, d vitamini alsın.
Meşələrin də çəpərlərini sökün, yay tətili gəlir, kasıb- kusub gedib badımcan, pomidor kabab etsin, pendir dürməkləsin.
ALLAH " yer üzündə hər nə varsa insanlar üçün yaratdıq" deyir. Sizin familyalarınız üçün demir.
Dəniz, meşə də vətəndir, hamınındır, yalnız sizin- qorumaq lazım gələndə suyunda, yarpağında gizləndiyiniz sizin deyil.
Dediyimiz sözlər nə bir qurupun "qara şər", nə də digər qurupun " ağ tərifləri" deyil.
Üçrəngli , təvözkarlıqdan uzaq olsa da, ziyalı fikirlərdir!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<