SON DƏQİQƏ

Günümüzün istəkləri və xəbərləri

Tarix:24-12-2021, 10:30 Oxunub:2 263

Ədib İSAOĞLU

 

Elə həvəsnən gözləyirəmki Qarabağda açılacaq olan kazinoları. Hə, vallah bə neyniyim deyirəm bəlkə şansım gətirdi işıq pulu, qaz pulu, zibil pulu bütün kommunal xərcləri elə o, Milli Məclisdə təp-təzəcə, gülü burnundaca təklif olunmuş kazinoların açılmasında qazanıb ödüyəm. Ancaq biz paxıl millətik, inanmıram belə gözəl təkliflər Milli Məclisdə qəbul oluna. İşıq gələn yerə papağımızı soxarıq.

Amma pis olmazdı ha, qıllı ərəblərin dollarlarını silib süpürmək. Əşi bir də, bəlkə heç açılmamağı daha yaxşıdır. Bilirsiniz niyə, məndə o bəxt yoxdur gedim ərəbləri udum. Qorxuram ki, üçüncü dərəcə əlilliyə görə, dövlətimin mənə verdiyi altmış dörd dollar yetmiş sent pulu elə birinci əldən uduzub, suyu süzülə-süzülə geri qayıdım. Genədə pis olmazdı kazinoların açılmağı mən udmasam da bəlkə şanslı adamlar qazandı...

Abid Şərifov da hardansa yekə bir daş tapıb salıb məktəb direktoru olan bacısı qızının başına. Eşitdiyimə görə Qobustan qayalıqlarından gətizdirib. Əslində elə düz edib salıb daşı o, məktəb direktorunun başına. Ay zalımın balası sən də kommunal xərcləri ödəməkdə çətinlik çəkirdin ki, telefonun votçapıyla səs də atmayıbsan, alıb əlinə meqafonu, öz "obyektindəki" bütün müəllimlərə bağıraraq pul (rüşvət) yığılmasını istəyibsən? Sən müəllimədə fərasətə bax eyyy. Nə hökumətdən qorxub, nədə ki, DTX-nın yaraşıqlı kişilərindən. Yenədə köməyə dayı Şərifov çatıb ki, o, daşı sala bilib sevimli bacıqızının başına...

Yenə gedim "Real tv"də "Mir Şahinin vaxtı"na baxım. Nə varsa orda var. Adam o verilişə baxanda bütün dərd sərini unudur. Elə bilirsən ki, bir qab qovurma bozbaşı yeyibsən, üstündən də bir çapba tut arağı vurubsan…

Ulu Tanrı qovurma qazanınızı boş qoymasın, ay mənim ulu millətim və elim-obam.

 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<