SON DƏQİQƏ

Uşaq pulu nə vaxtdan veriləcək?

Tarix:

4-11-2021, 18:34

/ 3 521 dəfə oxundu.
Uşaq pulu nə vaxtdan veriləcək?

Hesab edirəm ki, indiki büdcədə uşaq pulu müzakirə olunmayacaq”.

Bunu unikal.org-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib:

 

"Sovet dönəmində bütün uşaqlara verilirdi. Müstəqilliyimizin ilk illərindən başlayaraq 2006-cı ilə qədər isə uşaq pulu yalnız aztəminatlı ailələrin uşaqlarına verildi. İndi isə uşaqlarla bağlı 13-ə yaxın müavinət var. Yenə də aztəminatlı ailələrin uşaqlarına uşaq pulu verilir. Həmçinin 13 istiqamətdə uşaqlarla bağlı müavinət növü vardır. O cümlədən həqiqi hərbi xidmətdə olanların, şəhid uşaqları ilə bağlı, valideyn himayəsini itirimiş, əliliyi olan uşaqlarla əlaqədar, 3 yaşa qədər uşağa baxmaqla bağlı və yaxud 1 yaşa qədər uşağa görə ayrı bir müavinətdir. Bunların hər birini saysaq, 13-ə qədər müavinət var”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ