SON DƏQİQƏ

Allah özü bilən məsləhətdir…

Tarix:

9-12-2021, 10:06

/ 2 801 dəfə oxundu.
Allah özü bilən məsləhətdir…

 Ədib İSAOĞLU

Bir gün, raykomun nümayəndələri gəlirlər bizim kəndə, hansısa məsələni müzakirə eləməyə. Rəhmətlik Nağı kişi də əlini qaldırır ki, nəsə təklif eləsin.

- Yoldaş...

Arxasında dayanan və Nağı əmidən yaşca çox kiçik olan, rəhmətlik Süleyman əmi kişinin sözünü ağzında qoyur.

- A kişi, sən sus.

Fağır Nağı əmi susur. Bir neçə dəqiqədən sonra bir də əlini qaldırır.

- Yoldaş...

Yenə - a kişi, sən sus - deyən Süleyman əmi yanındakı həmyaşıdlarına göz vurub bic-bic gülür. Bu vəziyyət bir neçə dəfə təkrar olur. Axırda bu ələsalmaya dözməyən fağır Nağı əmi dönür Süleyman əmiyə.

- Ayə, filan-filan şüdə, qoduğun yemini kəsən sən, danışmıyan mən?

Demə bu iki rəhmətliklər bir yerdə mal tövləsində işləyirmişlər, malların içindədə kolxozun bir neçə də eşşək və qoduğu varmış. Sən demə Süleyman əmi kolxozun qoduğunun yemini kəsib öz inəyinə verirmiş…

Bu məsələnin, Qüdrət bəy Həsənquliyev müəllimə, qətiyyən dəxli yoxdur ha. Ancaq deyəsən bəyin düşdüyü situasiyaynan yuxarıdakı misala bir az oxşarlıq var. Belə ki, bəy Milli Məclisin iclaslarında nə vaxt söz istəyir, o boş sözü də bu kişiyə vermirlər. Elə bil ki, vaxt qıtlığı var, nəsə mühüm qərar qəbul edəcəklər. Bu gözəl bəydə, vaxt azlığından nadirən danışır onu da üz gözünə bulaşdırır. Sonra da olur media və sosial şəbəkə fenomeni. 2022-ci ilin büdcəsini müzakirə edəndə tez-tələsik təklif etdi ki, polislərin maaşlarına yüksək əlavələr olmalıdır və başladı bilgisayarında Andreynən yarımçıq qalmış, canlı nərd oyununu davam etdirməyə. Andrey də hardan bilsin bu bəydi. Oda, ordan dirəşib. İndi nə edək gedib urusa uduzaq?..

Ay mənim əziz xalqım, siz də həmən başladınız bəyi şəbədiyə qoymağa. Sadəcə olaraq bəyin vaxtı çatmadı, yoxsa birinci müəllimlərın, sonra hərbçilərin, həkimlərin, pensiyaçıların və bütün maaşların qalxmasını da təklif edəcəkdi. Biriniz yazdınız, "polis səni qoruduğu üçün", biriniz yazdınız, "sən ancaq özünü qoru", digəriniz, "səni xalq seçməyibki xalqın adından danışasan" kimi sözlər və yazılarla bəyi rüsvay etməyə. Amma ədalətsizlik edirsiniz, arada bəzi vəkillər hərbçiləri də yada salırlar və əsgərlərimizdən xahiş edirlər ki, Annanı əsir götürüb versinlər bunlara. Adamın üstündə Allah var, əsgərləri atışmalar intensivləşəndə elə tez yada salıb axtarırlar ki…

Nə bilim, genə də Allah özü bilən məsləhətdir. Tanrı Ordumuzu unutqanlardan qorusun!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ