SON DƏQİQƏ

NKVD və kalxoz sədrinin "qohumu"

Tarix:

19-11-2021, 16:24

/ 2 305 dəfə oxundu.
NKVD və kalxoz sədrinin "qohumu"

Eşitdiyimə görə, maliyyə naziri Samir müəllim Şərifov tədbirlərin birində beləcənə deyib: "Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də artım yoxdur. Bu tamamilə əsası olmayan uydurmalardır".

Elə bu yerdəcə İsa babanın bir söhbəti düşür adamın yadına:

Sovet dönəmində, haramzadalıq eləmiş bir kolxoz sədrini mühakimə eləmək üçün, NKVD və raykom nümayəndələri kəndə gəlir. Sakinləri kənd kulubuna yığan NKVD və raykom nümayəndələri kolxoz sədrini çıxardırlar mizan-tərəziyə. Di o kəndçi, di bu qohum başlayırlar kolxoz sədrini "baqaja" qoymağa. (Biz yıxılanı baltalamağa çox yaxşıyıq axı, gücümüz vəzifədə olana çatmaz – Ə.İ.). Amma bu izahatlar NKVD-ni məmnun etmir. Çünki, danışılan söhbətlər adətən şəxsi qərəzçiliklə bağlı olur. Tutarlı əsas yox idi. Salondakı bu çığır-bağırın içində NKVD-nin gözünə sataşır ki, bir nəfər bizim bu nazir kimi gözəl-göyçək və qaytan bığ orta yaşlı, sədrin də həm qohumu, həm də yaxınlarda briqadir vəzifəsinə qoyduğu bir "kişi" sağ qolunu nəinki dirsəkdən, hətta bütövlüklə qaldırıb yuxarı söz istəyir.

- Buyur a kişi deyəsən sənin də sözün var. Buyur görək, sənin fikrin nədir, bu kolxoz sədri haqqında?

"Kişi" özündən razı halda bir sağına, bir dönüb soluna baxır və başlayır izahat verməyə.

- Yoldaş iraykom və NKVD, mən bu duzsuz milləti belə gördükcə, içim parçalanır. Axı bu qədər də haqsızlıq olmaz ki, bizim bu sədrimizə qarşı çıxış edirlər. Bə bunun bu kəndə və kəndçilərə heçmi yaxşılığı keçməyib? - Deyə məmnun-məmnun kolxoz sədrinə baxır və davam edir izahatına.

- Bax yoldaş iraykom, filan ilin filan vaxtı bizim bu sədr 8 araba buğda satdı, heç mən onu deyirəm, iki ay bundan əvvəl kolxozun iki dənə cöngəsini satdı qonşu kəndli iraypo müdürü Murtuza, mən heç onu deyirəm, dörd dənə qoçu verdi kirvəsi qovurmalıq

elədi, mən heç onu deyirəm, bu yaxınlarda oğlunun ad günündə bir cöngə, üç dənə də qoç kəsmişdi, mən heç onu deyirəm...

NKVD sağ əlini yuxarı qaldırıb "kişi"nin sözünü kəsir.

- Sənin bu dediklərin kifayət edir ki, sənin qohumun sədri göndərək Sibirə.

Və beləcənə "kişi"nin işverənliyi ilə sədri göndərirlər gedərgəlməzə.

İndi sözüm yalan məlumat verənlərədir. Ay qardaş ölkədə ərzağın qiyməti qalxıb oturub ceyranın belində, bu irəymətliyin uşaqları deyir rüsumlarda artım yoxdur. Bə əgər rüsumlarda artım yoxdursa, bu qiymətlər niyə belə uçur, niyə uçmağın qarşısı alınmır?

Nə bilim vallah, bəlkə də mən düzgün başa düşə bilmirəm. Yəqin ki, o boyda kişilər məndən çox yaxşı bilərlər bu cürə məsələləri. Yenədə pənah Allahadır...

Ədib İSAOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ