SON DƏQİQƏ
» » Rəsmi Bakı Araik Arutyunyanı cani kimi axtarışa verib

Rəsmi Bakı Araik Arutyunyanı cani kimi axtarışa verib

Tarix:

16-02-2021, 09:02

/ 4 804 dəfə oxundu.
Rəsmi Bakı Araik Arutyunyanı cani kimi axtarışa verib

Partiya sədri: "Prokurorluq işçisinin Arutyunyanla görüşərək ona suallar verməsi siyasi müzakirə yox, cari istintaq hərəkətləridir"

 

«Rusiya sülhməramlılarının vasitəçiliyi ilə özünü mövcud olmayan "dqr" rejiminin rəhbəri kimi təqdim edən Araik Arutyunyanla Azərbaycan Baş Prokurorluğunun müstəntiqinin görüşünü siyasiləşdirmək yanlış mövqedir»

. Bunu "Azad Azərbaycan" qəzetinə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib.

O bildirib ki, bu görüşün (əsl həqiqətdə isə dindirmənin) rəsmi Bakının qondarma qurumun müstəqilliyini tanımaq istəməsinə, separatçı və terrorçu Araiki siyasi fiqur kimi qəbul etməsinə xidmət etdiyini iddia etmək ancaq və ancaq fantaziyaları bol olan insanların, adi həqiqətləri şişirdənlərin ağlına gələ bilər.

Partiya sədri qeyd edibki, Prokurorluq işçisinin Araik Arutyunyanla görüşərək Birinci Qarabağ Müharibəsi dövründə həlak olanlar, eləcə də əsir və itkinlərlə bağlı ona suallar verməsi siyasi müzakirə yox, cari istintaq hərəkətləridir. Çünki rəsmi Bakı Araik Arutyunyanı cani kimi axtarışa verib və cani kimi də istintaq hərəkətlərinə cəlb edir: «Araik Arutyunyanın sözçüsü ("mətbuat katibi”) də açıqlama verib ki, sözügedən görüşdə 1990-cı illərdə itkin düşən insanlarla, əsir və girovlarla bağlı məsələlər haqda danışılıb. Dağlıq Qarabağın statusu məsələsi isə müzakirə mövzusu olmayıb. Bunu Ermənistan KİV-ləri də təsdiqləyir. Belə ki, erməni mənbələrinin yaydıqları xəbərdə də vurğulanır ki, mövzu 90-cı illərdə, Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslərin taleləri ilə bağlı olub. Yəni ki, bu görüşdə heç bir siyasi məsələ müzakirə edilməyib. O cümlədən Dağlıq Qarabağın statusu barədə söhbət aparılmayıb».

Ə.Hüseynovun sözlərinə görə, Arutyunyan kimdir ki, Azərbaycan hökuməti Dağlıq Qarabağın statusu məsələsini onunla müzakirə eləsin? «Bu cür əsassız və cəfəng iddiaları ortaya atanlar sadəcə yalan "fabrikası" rolunu oynayırlar» - deyə partiya sədri əlavə edib.

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ