SON DƏQİQƏ

Ara Ayvazyan bu gün Azərbaycana gəlir

Tarix:

5-01-2021, 13:55

/ 5 926 dəfə oxundu.
Ara Ayvazyan bu gün Azərbaycana gəlir

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu gün Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə gələcək.

Bu barədə Ermənistan XİN açıqlama yayıb.

Bildirilib ki, Ayvazyan hələ də Qarabağda qalan erməni separatçı-terrorçu liderlərlə görüşəcək.

Qeyd edilib ki, 3 yanvarda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycanın axtarışa verdiyi cinayətkar, özünü keçmiş "dqr”in rəhbəri adlandırmaqda davam edən separatçı-terrorçu Araik Arutyunyan da iştirak edib və "Qarabağa humanitar yardım" müzakirə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ