SON DƏQİQƏ
» » Generalın ardınca Mnatsakanyan da Qarabağa gəlir

Generalın ardınca Mnatsakanyan da Qarabağa gəlir

Tarix:

3-07-2019, 14:57

/ 1 317 dəfə oxundu.
Generalın ardınca Mnatsakanyan da Qarabağa gəlir

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sabah Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gələcək.

GunAz.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, Mnatsankanyan Qarabağda separatçıların lideri Bako Saakyan, “spiker” Aşot Qulyan, “xin rəhbəri” Masis Mailyanla görüşəcək:

“Bu, nizami prosesdir. Azərbaycan XİN rəhbəri ilə görüşdən əvvəl və sonra Ermənistan XİN rəhbəri Qarabağ rəhbərliyi ilə görüşür. Bu, Qarabağın prosesə daha yaxşı cəlbi üçün edilir. Sözsüz ki, görüş zamanı Vaşinqtondakı məsələlər müzakirə ediləcək”.

O, Ermənistanın Qarabağ məsələsində birtərəfli kompromislərə getməyəcəyini bildirib.

Naqdalyan İrəvanın Qarabağın təhlükəsizliyini təhdid altında qoymayacağını da söyləyib.

Qeyd edək ki, bu gün Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan da Qarabağa səfər edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər