Tapdıq ƏLİBƏYLİ
Böyüklük təkcə fiziki ölçüdə, yaxud sadəcə səthdə görünən nəhənglikdə deyil; o, ruhun genişliyində, əxlaqın ucalığında, hikmətin dərinliyində, iradə və idrakın vüsətində, qəhrəmanlıq məqamında, kamilliyin ulviliyində ehtiva olunur... Sıradan olanlara isə "böyük" deyə-deyə, "böyük" sözünün leksik mənası mahiyyət etibarilə kicilir...
Yerli-yersiz, həddindən artıq işlədilən bu söz, bir zamanlar dərin hörmət və ehtiramın ifadəsi ikən, indi sanki məzmunundan qopub... Hər adi hadisəni, hər sıradan insanı "böyük" adlandırmaqla, biz həqiqi böyüklüyün məna siqlətini çəkidən salırıq.
Son vaxtlar fərqinə varmadan işlədilən bu söz birləşmələri daha da "aktuallaşıb": "böyük alim", " böyük ədib", "böyük şair", "böyük yazıçı" , "böyük insan", "böyük şəxsiyyət", "böyük dövlət xadimi" və sair.
Sözlər "kiçildikcə", onların arxasında duran məna da itir; biz isə bu itkidə yalnız sözlərin deyil, düşüncələrimizin də aşındığını hiss edirik.
Beləcə, "böyük" sözü kiçildikcə, dünyamızdakı həqiqi böyüklük də kiçilir...