"BÖYÜK" SÖZÜNÜN KİÇİLMƏSİ

"BÖYÜK" SÖZÜNÜN KİÇİLMƏSİ
 Tapdıq ƏLİBƏYLİ
      Böyüklük təkcə fiziki ölçüdə, yaxud sadəcə səthdə görünən nəhənglikdə deyil; o, ruhun genişliyində, əxlaqın ucalığında, hikmətin dərinliyində, iradə və idrakın vüsətində, qəhrəmanlıq məqamında,  kamilliyin ulviliyində  ehtiva olunur... Sıradan olanlara  isə "böyük" deyə-deyə,  "böyük" sözünün  leksik mənası mahiyyət etibarilə kicilir...
     Yerli-yersiz, həddindən artıq işlədilən bu söz, bir zamanlar dərin hörmət və ehtiramın ifadəsi ikən, indi sanki məzmunundan qopub... Hər adi hadisəni, hər sıradan insanı "böyük" adlandırmaqla, biz həqiqi böyüklüyün məna siqlətini çəkidən  salırıq.
     Son vaxtlar fərqinə varmadan işlədilən bu söz  birləşmələri daha da "aktuallaşıb": "böyük alim", " böyük ədib", "böyük şair", "böyük yazıçı" , "böyük insan", "böyük şəxsiyyət", "böyük dövlət xadimi" və sair.
    Sözlər "kiçildikcə", onların arxasında duran məna da itir; biz isə bu itkidə yalnız sözlərin deyil, düşüncələrimizin də aşındığını hiss edirik.
   Beləcə, "böyük" sözü kiçildikcə, dünyamızdakı həqiqi böyüklük də kiçilir...
                             
скачать dle 12.1
Geri qayıt