SON DƏQİQƏ

Hüseyn Arifin Şəmşad Rzaya MƏSLƏHƏTİ

Tarix:

20-10-2025, 08:33

/ 3 126 dəfə oxundu.
Hüseyn Arifin Şəmşad Rzaya MƏSLƏHƏTİ

Bir gün Hüseyn Arif Şəmşad Rza ilə görüşüb hal-əhval tutur.
-- Nə var, nə yox, necə dolanırsan?
-- Bir təhər...
-- Görürəm halın o qədər də yaxşı deyil, korluq çəkirsən?
-- Elədi qağa.
-- Ə, beynin olsun, şeirdən-zaddan əl çək, ondan bir şey çıxan deyil. Gəl səni göndərim Tovuza, get işlə orda.
-- Nə işində qağa?
-- Orda aşıqlar birliyinin filialını yaradıram. Ol filialın direktoru.
Şəmşad Rza xeyli fikirləşir.
-- Dolana bilərəmmi, qağa?
-- Ay bivec, niyə dolana bilmirsən? Orda adamdan çox aşıq var, deyərəm dolandırarlar.
Sürəyya HACİYEVA
скачать dle 12.1

Şərhlər