SON DƏQİQƏ

Biz niyə yalan danışırıq?

Tarix:

22-11-2023, 21:09

/ 8 386 dəfə oxundu.
Biz niyə yalan danışırıq?

Ədib İSAOĞLU
Yalan elə gözəl bir nəsnədir ki, heç kəs onu sevməsə də amma hər kəs o zadı sevə-sevə danışır. Məsələn mən bilirəm ki, doğru söz danışsam, mən yazığı heç kim qəbul etməyəcək hələ əksinə mənə nifrətlə baxacaqlar. Mən biçarə də çıxış yolunu yalan qırıldatmaqda görürəm. Yəni hər kəs kimi. Hər kəs deyəndə ki, mən kasıb-kusub və ya vəzifəsiz insanları nəzərdə tutmuram ha, nəzərdə tutduğum bəzi məmurlardır ki, hansıki onlar xalqınan daha sıx əlaqədə olurlar. 
Fakt istəyirsinizsə sizə  deyim onlar hansı məmurlardır. Birinci sırada duranlar icra hakimiyyətləridir ki, heç bir vədləri ilə əməlləri bir-birini tutmur. Qəbuldakı şikayyətçini qulağına elə gözəl tüstü verir ki, yazıq şikayyətçinin işinin alınmamağına baxmayaraq ikinci dəfə ta o, icranın qəbuluna getməyi özünə ar bilir. Di gəlki, bu kişilər yalan danışmağı özlərinə zərrə qədər ar bilmir.
     Dövlət başçısı bunlara hər təqdimatda nə qədər təlimat versə də, nə qədər bütün nüansları xırdalasa da, elə bunlar Ordubadlı qardaşlar deməli "dediğim-dedixdir" deyib üstündə otururlar. Ta anlamırlar ki, özlərindən yuxarı rəhbərliyin nüfuzuna zərbə vururlar. Ay qağa, ay lələ, ay dadaş səni dövlət başçısı o vəzifəyə ona görə təyin edib ki, sən xalqın qeydinə qalasan sən özündən yüksək vəzifəli ilə xalqın arasında körpü olasan ta boğazını boş qoyub yalan palan gupbuldadıb aləmi bir-birinə vurdurub o, körpünü dağıtmayasan. 
Deyəcəyim odur ki, bu yaxınlarda Şərur rayon Danyeri kənd sakini olan Şəmilov Daşqın mənə zəng edərək ərz-gileyinin olduğunu dedi. Məndə diqqətlə qulaq asandan sonra belə qənaətə gəldimki, bu kişinin dərdi özünə görə çox böyük olsada, amma reallıqda heçdə böyük deyilmiş. Məsələ bu cürədir ki, bu Daşqın kişi, təbiətin gözəlliyinə gözəllik qatmaq üçün, qəşəngcə meyvə bağı salıbmış. Di gəlki, bu gözəlim bağı suvarmağa su tapa bilmirmiş. Su üçün kəndin yaraşıqlı bələdiyyəsi və kənd icra nümayəndəsinə neçə dəfə müraciət etsədə, şikayyəti eləcənə yerində sayırmış. Bu yaraşıqlı kişilər israrla dirəşirlərmiş ki, "bə biz sənə su verəriksə icra başçısı və müavini bizim ağzımızı cırar". Məsələdən agah olan mən, dərhal sarıldım telefona. Nə qədər və neçə gün zəng etsəm də cənab müavin telefonu açmadıki-açmadı. Müavinə zəng etməyin səbəbi isə "başçı"nın məndə telefonun olmaması idi. Həə əziz dostlar yalan danışmağımızın sən demə əsas səbəbi elə iş görə bilməməyimiz imiş. Di gedin nə qədər bilirsinizsə o qədərdə yalan danışın. Amma elə edin ki, DTX qardaşların qarmağına düşməyin.
     PS: Keçən sayımızda gedən "Az uşaqlılığın acınacaqlı səbəbi" yazısının Naxçıvan səhiyyəsinə qətiyyən dəxli yoxdur ha, çünkü orda səhiyyə yaxşı işləyir. "Doğum evi" hamilə qadınlara sığortayla xidmət edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ