SON DƏQİQƏ

Azəriqaz yoxsa Azərqaz?

Tarix:

10-10-2025, 13:38

/ 4 048 dəfə oxundu.
Azəriqaz yoxsa Azərqaz?

     Ədib İSAOĞLU
Adınızda qaz sözü olsada, ən çox qaz yolana oxşayırsınız. 
Yaxşı bu adı haradan icad edibsiniz "azəriqaz". Bu "Azər" sözünü böyük hərflə yazmağınız qalsın bir yana bə, Azər-i-nin arxasındakı i-ni kim soxuşdurub ora? Cənab Azərqazın baş bilənləri siz ancaq BP-nin sizə verdiyi pulsuz qazı millətə baha qiymətə satmaqla, birdə bu bədbəxt millətin qazını kəsdirməklə məşğulsunuz? 
Sizin başınız milləti soymağa o, qədər qarışıb ki, dünya Türklərinin azəri sözünə necə pis reaksiya verdiyini də görmürsünüz? Görməzsiniz hardan görəsiniz siz ancaq yeni kilsə axtarışındasınız ki, pulsuz qaz verəsiniz. (Bu arada üzümü Elmlər Akademiyasının rəhbərliyinə tuturam. lütvən bu ada yenidən baxılmasını sizdən xahiş edirəm. Bizim başımızı farsların yanında aşağı etməyin).
Qayıdaq mövzuya, cənab Azərqazın baş bilənləri sizdən təvəqqəm odur ki, bu millətin qazıynan oynamayın. İnanın ki, bu millət çörəyi bəzən nisiyə alır. Nəinki qaz pulunu ödəmək.
 Cənablar, qaz pulu yubanan kimi kəsməyin xalqın qazıyla başını bir yerdə. Bu qaz millətin milli sərvətidir. Ta indi ikinci milli sərvətimiz olan kərmədə (milli kömür olan qoyun zadı) yoxdur ki, ondan istifadə edək.
 Bax sizə deyirəm kasıbın qazını kəsəni tapşırıram putinin ermənistandakı partlamayan katyuşasına. 
Di gedin kəsin millətin qazını.
скачать dle 12.1

Şərhlər