SON DƏQİQƏ

Sona nənəmin "Qopoyoğlu" su

Tarix:

7-11-2024, 09:35

/ 6 090 dəfə oxundu.
Sona nənəmin "Qopoyoğlu" su

Ədib İSAOĞLU
COP-29 səsini eşidəndə, bizim kəndli rəhmətlik Sona nənə yadıma düşür. Keçən ilin keçmişlərində kirvəm qaşınma tutubmuş, bu rəhmətlik Sona nənədə qonşu kimi gedir kirvəmgilə baş çəkməyə, nətəri olursa təsadüfən Sona nənə boynunu qaşıyır. Bunu görən kirvəm almaz-salmaz qayıdaki, Sona nənə səndə qaşınırsan? Sona nənə də bu suala bərk qəzzəblənib qalxa ayağa və kirvəmin beqayda sualına elə beləcənə də, cavab verə. "Anan qaşınsın qopoyoğlu". Onu da  deyimki, Sona nənə "K" səsini "Q" kimi tələffüz edirdi. Ruhun şad olsun Sona nənə bu "qopoyoğlu" sözünü hardan yadıma saldın?
    Həə, qayıdaq COP-29-a, bu möhtəşəm 29-cu tədbir (konfrans) inşəallax bizim ölkədə baş tutasıdı. Belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini təşkil etmiş rəhbərlərimizə təşəkkür. Çünki, bütün dünyadan gələn 70-80 min elm və siyasət adamının ölkəmizə mütləq faydası olacaq. Ümid edirəm ki, konfrans iştirakçılarının gəldikləri nəticə ətraf mühitə, ekologiyaya, dünya təbiətinə, flora və faunasına müsbət təsir edəcək.
Tamam bura qədər gözəl. Əmbə görəsən bu "qopoyoğlu" tədbirinin insanların yaşam səviyəsinədə müsbət təsiri olajaxmı? Deyirəm birdən şeytan əməlidir da pensiya, maaş, artmasa da, birdən adamlara yardım adı altında pul zad verərlər dayna. Kirvəmin fikiri qaşınmanın yanında qaldığı kimi, mənimdə 2500 manat kreditim var, bütün fikir xəyalım qalıb ordakı necə ödüyəcəm?
    Bu soxa-soxda müxalifətdə iki ayağını dirəyib bir qaloşa ki, bə məndə mitinq eləməliyəm. Böyük təcrübə sahibi deputatımızda istehzaynan qayıdıb ki, Azadlıq meydanını verdim sizə gedin adam tapa bilsəniz, edin mitinqinizi. Və birdə belə deyib "ayə sizin partiyanızın üzvlərinin sayı, mənim teputadlığımı təbrik edənlərin sayından çox-çox azdı".
Genədə pənah allaha. Allah deyib durax görək başımıza nə gəlir.
скачать dle 12.1

Şərhlər