SON DƏQİQƏ
» » Konstitusiyaya xidmət – dövlətə xidmət, millətə borc, gələcəyə cavabdır

Konstitusiyaya xidmət – dövlətə xidmət, millətə borc, gələcəyə cavabdır

Tarix:

22-05-2025, 15:18

/ 3 281 dəfə oxundu.
Konstitusiyaya xidmət – dövlətə xidmət, millətə borc, gələcəyə cavabdır

Bir xalqın ruhu harada yaşayır? Bu sualın cavabı Konstitusiyanın səhifələrində gizlidir. O, sadəcə qanunların siyahısı deyil – xalqın yaddaşı, dövlətin vicdanı, azadlığımızın imzasıdır. Onun hər maddəsi xalqın iradəsiylə yazılmış müqəddəs and yeridir. 
Ulu Öndər Heydər Əliyev deyirdi:
"Konstitusiya – bu, Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsaslarını müəyyən edən, xalqın iradəsini ifadə edən, ölkənin sabitliyini təmin edən mühüm sənəddir.
"Prezident İlham Əliyev isə vurğulayır ki:
"Konstitusiya Azərbaycan xalqının azadlıq, suverenlik və müstəqillik yolunda qəbul etdiyi ən mühüm hüquqi sənəddir. Bu sənəd ölkəmizin inkişafının əsas təminatçısıdır və ona hörmət hər birimizin müqəddəs borcudur." Əgər dövlət bir evdirsə, Konstitusiya onun bünövrəsidir. Əgər millət bir ağaca bənzərsə, bu sənəd onun köküdür – min illərlə torpağın altından gələn güc, sabitlik və varlıq zəmanətidir. Suverenlik isə bu ağacın göylərə ucalan budaqlarıdır – bayrağımızın dalğalandığı, dilimizin səsləndiyi, adımızın qorunduğu zirvələrdir.
Bu il – “Konstitusiya və Suverenlik İli” – sadəcə təqvim hadisəsi deyil, məsuliyyətin ilidir. Bu sənədin dəyərini qorumaq hər birimizin vəzifəsidir.
Konstitusiya – yalnız idarə edənlərin kitabı deyil, həm də idarə olunanların ümididir.
Ona hörmət – sadəcə qanuna itaət deyil, xalqın ruhuna sədaqətdir.
Əgər bu yol xəritəsini bir kənara qoysaq, azarıq.
Əgər bu səsi eşitməsək, susarıq.
Əgər bu ağaca su verməsək, quruyarıq. Bu sənədə sədaqət – xalqımıza, dövlətimizə sədaqətdir. Bu gün hər birimiz – öz mövqeyimizdən və vəziyyətimizdən asılı olmayaraq – bilməliyik ki:
Konstitusiyaya xidmət – dövlətə xidmət, millətə borc, gələcəyə cavabdır.
скачать dle 12.1

Şərhlər