SON DƏQİQƏ
» » Heydər Əliyev bir millətin qürur salnaməsidir!

Heydər Əliyev bir millətin qürur salnaməsidir!

Tarix:

7-05-2025, 08:32

/ 4 020 dəfə oxundu.
Heydər Əliyev bir millətin qürur salnaməsidir!

Məhərrəm TAĞIZADƏ
Zaman olur ki, bir millətin taleyini dəyişmək üçün tarix səhnəsinə qeyri-adi gücə malik bir şəxsiyyət çıxır. Həmin anlarda o şəxs artıq təkcə insan deyil – o, xalqın nəfəsi, ruhun özü, Vətənin harayı olur. 
Azərbaycan üçün belə bir şəxsiyyətin adı – Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyev təkcə lider deyildi. O, xalqının ümid yerinə çevrilmişdi. Onun bir baxışı – əminlik, bir sözü – sabitlik, bir qərarı – xilaskarlıq idi. Vətən uçurumun kənarında dayananda, xalqı parçalanma təhlükəsi ilə üz-üzə qalanda, ümidlər sönəndə, o gəldi – və özü ilə bir dövləti yenidən qurdu! 1993-cü ildə Azərbaycan vətəndaşları sanki bir nəfər kimi səsləndi: “Qayıt, Ulu Öndər Heydər Əliyev!” Çünki xalq bilirdi: yalnız o bu ağır yükü daşıya bilər. Və o, qayıtdı – sinəsini vətənin taleyinə sipər etdi. Təkcə qayıtmadı – həm də ruh verdi, həyat verdi, sabahımıza yol açdı. Ulu Öndər Heydər Əliyevin idarəçiliyi sadəcə siyasət deyildi – bu, xalqla ürək bağının hökmü idi. O, Azərbaycanı bir daha əsla diz çökməyəcək bir dövlətə çevirdi. Onun səbrlə, dəqiqliklə qurduğu neft strategiyası bu gün bizi dünyada enerji gücünə çevirmişsə, bunun təməlində Onun zəkası, iradəsi və millət sevgisi dayanır. O, xalqın iradəsini dövlət iradəsinə çevirdi. Azərbaycançılıq ideyasını sadəcə siyasi platformaya deyil, xalqın qanına, düşüncəsinə, vicdanına hopdurdu. Gözlərini dağa dikib gələcəyə inamla baxan gənclər yetişdirdi – çünki bilirdi: bu xalqın sabahı öz kökünə bağlı olduğu müddətcə güclü olacaq. Ulu Öndər Heydər Əliyev bir məktəb idi – liderlik məktəbi, vətənpərvərlik məktəbi, xalqına xidmət məktəbi. Bu məktəbin müəllimi isə özü idi, dərsi isə bir millətin necə dirçəldiyini bütün dünyaya göstərmək idi. Bu gün o bizimlə deyil, amma fikri yaşayır, ideyası döyünür, imzası hər daşda, hər ürəkdə əbədiləşib. Bu torpaqda yaşamaq – Onun qurduğu Azərbaycanda nəfəs almaq – bir şərəfdir. Ulu Öndər Heydər Əliyev – bir liderin adı deyil, bir millətin qürur salnaməsidir!
скачать dle 12.1

Şərhlər