Təqvimdə bu gün - 10 yanvar еtnоqrаf-аrхеоlоq, görkəmli diyаrşünаs, tarixçi Hacı Mirbağır Mirheydərzadənin anım günüdür. Azərbaycan tarixşünaslığının formalaşmasında mühüm xidmətlər göstərmiş bu şəxs haqqında, təəssüflər olsun ki, az məlumata sahibik. Lakin Hacı Mirbağır Mirheydərzadə Naxçıvanda ilk dövlət muzeyinin qurulmasında mühüm xidmətlər göstərmiş ziya sahiblərimizdən biri olmuşdur.
O, 1877 - ci ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olmuş, ilk təhsilini 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində almışdır. Ardınca 1899 - cu ildə Təbriz ruhani məktəbində təhsilini ən yüksək şəkildə başa vurmuşdur. Gənclik illəri maddi çətinliklərlə keçən Mirbağır Mirheydərzadə təhsilini başa vurduqdan sonra Naxçıvana qayıdır, lakin burada münasib iş tapa bilmədiyindən Tiflisə yollanmalı olur. Gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür. 1917-1921 - ci illərdə Naxçıvanda Mirbağır Mirheydərzadə Eynəli bəy Sultanov, Bəhram xan və Əziz xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Şərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, Bağır Rzayev, S.Əsgərxanov, Səməd bəy Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər ziyalı şəxsiyyətlərlə birlikdə fəaliyyət göstərir...
1918 - ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şose boyunca İrana tərəf hərəkət eməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb Andronikin hücumlarına dəstək vermək idi. Onu da qeyd edək ki, hələ 1917 - ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi.
Belə bir mürəkkəb vəziyyətdə Mirbağır Mirheydərzadə naxçıvanlı mübarizə dostları ilə hərbiləşdirilmiş dağınıq qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edirdi. Bu səylər baş tutmasaydı, Naxçıvanın vəziyyəti daha da ağır və faciəli ola bilərdi. Həmin dövrdə Naxçıvanda "Mücəddin" siyasi dərnəyinə (rəhbəri Mirbağır Mirheydərzadə) Eynəli bəy Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi görkəmli ziyalılar xüsusi rəğbət bəsləyirdilər, çünki bu siyasi təşkilat xalqın xilasını Rusiya yox, Türkiyə ilə birlikdə görürdü. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Mirbağır Mirheydərzadə maarif və mədəniyyət sahəsində Naxçıvanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını tariximizin aydınlanmasına yönəltmişdir.
O, bütün fəaliyyəti boyu Nахçıvаnın tаriхinin, diyаrın tаriхi аbidələrinin və yеr аdlаrının öyrənilməsi, аrхеоlоji mаtеriаllаrın və fоlklоr nümunələrinin tоplаnıb tədqiq еdilməsi ilə məşğul olmuşdur. Аzərbаycаnı Tədqiq və Tətəbbö Cəmiyyəti Nахçıvаn şöbəsinin еlmi kаtibi оlmuş, аkаdеmik Mеşşаninоvun (1926), prоfessor А.Müllеrin (1927), Ə.Ələkbərоv və Оsman Həbibullаyеvin Nахçıvаn ərаzisində аpаrdıqlаrı аrхеоlоji qаzıntılаrdа fəаl iştirаk еtmişdir. Əlyаzmаlаrı АMЕА-nın Əlyаzmаlаr İnstitutundа sахlаnılır...
Qeyd etmək lazımdır ki, Naxçıvan Dövlət Tarix Muzeyi 1924 - cü ildə təşkil edilib. 1925 - ci ildə yaradılan "Naxçıvan Tədqiq və Tətəbbö" cəmiyyətinin muzeyin zənginləşməsində xüsusi rolu olub. Cəmiyyətin sədri Mirbağır Mirheydərzadə muzeyin inkişafı üçün böyük əmək sərf edib. Muzeyə eksponat toplanmasında və onun zənginləşdirilməsində bu cəmiyyətin üzvlərindən M.Mirheydərzadə, Ağa Məhəmməd (Ərbab), Lətif Hüseynzadə, Z.Seyidov (Seyid Səbri), Ə.Mirzəyev, görkəmli şair və dramaturq Hüseyn Cavidin böyük qardaşı M.Rasizadə, Q.İmanov və digərləri fəal iştirak etmişlər. Muzeyin 1926 - 1930 - cu illərdəki fəaliyyəti, əsasən, eksponat toplanmasından ibarət olmuşdur. 1930 - cu ildə muzey rəhbərliyində kadr dəyişikliyi olmuş, B.Əlibəyovdan sonra “Tədqiq və Tətəbbö” Cəmiyyətində elmi katib vəzifəsində işləmiş Mirbağır Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930 - cu il tarixli əmri ilə muzeyə direktor təyin edilmişdir. Həmin dövrdə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin adı da dəyişdirilərək “Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi” adlandırılmışdır. Mir Bağır Mirheydərzadə 1944 - cü ilədək muzeydə çalışmışdı.
Mirbağır Mirheydərzadənin ən qiymətli və dəyərli işlərindən biri də epiqrafik mətnlərin ortaya çıxarmasıdır. O, Naxçıvanın orta əsrlər epiqrafik abidələrini tədqiq edirdi. 1928-ci ildə "Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti"nin elmi katibi kimi Qarabağlar türbəsində qoşa minarəli baştağın kitabəsində ərəb dilində bu sözlərin yazıldığını müəyyən etmişdi: "Allahın bu nişanəsi türkman Quti xatındır". Onun müsəlman kitabələri haqqında xeyli tədqiqatları vardır.
Mirbağır Mirheydərzadənin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk toplayıb öyrənənlərdən biri də elə Mirbağır Mirheydərzadədir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları da ayrıca maraq doğurur. Tədqiqatlardan belə aydın olur ki, görkəmli şəxsiyyət muzey direktoru işləyə-işləyə mətbuatda ictimai quruluşa, milli münasibətlərə, qadın azadlığına və digər problemlərə həsr olunmuş elmi, elmi - publisistik məqalələr çap etdirmişdir.
Mirbağır Mirheydərzadə muzeyə rəhbərlik etdiyi dövrdə tarix, ədəbiyyat və mədəniyyət sahələrində bir sıra mühüm respublika əhəmiyyətli tədbirlərin təşkilatçısı olmuşdur. O, 80 il ömür sürmüş, 1956-cı ilin 10 yanvarında dünyasını dəyişmişdir...
Hacı Mirbağır Mirheydərzadə haqqında ilk dolğun məlumatları professor İbrahim Mollayev vermiş, onun ardınca "Nuh yurdu" qəzetinin səhifələrində tarixçi Şəhla Əliyevanın imzası ilə maraqlı məqalələr işıq üzü görmüşdür. Onu da qeyd etmək lazımdır ki, Mirheydərzadələr nəslinin şəcərəsi doqquzuncu imam Museyi-Kazıma qədər gedib çıxmaqdadır. Və bu nəslin peyğəmbər övladlarının şəcərəsi olması 1890-cı ildə Qafqaz Şeyxülislamının xüsusi möhürü ilə öz təsdiqini tapmışdır...
Qeyd: Təqdim olunan yazının ərsəyə gəlməsində görkəmli tədqiqatçı, filologiya elmləri doktoru, dosent Fərman Xəlilovun "Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə" adlı kitabından istifadə etmiş, görkəmli tədqiqatçının üzə çıxardığı faktlardan bəhrələnmişik...

Rövşən Mərd