Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri də Səfiyev Rəhman Qafar bəy oğlu (sonradan İbrahim Səfi kimi tanınmışdır) olmuşdur. O, 1898-ci ildə Şərur-Dərələyəz qəzasının Cəlilkəndində anadan olmuşdur. Tarixçi alim Əli Əliyevin verdiyi məlumatlara görə onun soy-kökü Səfəvilər nəslinə söykənir. Rəhman Səfiyevin mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Tağı bəy Səfiyev, Fətəli bəy Düdənginski Səfiyev kimi nəhəng simalar bəxş etmişdir.
Görkəmli rəssamın atası Qafar bəy Səfiyevin altı övladı: Bədirnisə, Şiəmən, Xırdaxanım, Mina adlı dörd qızı, Kərim və Rəhman adlı iki oğlu olmuşdur. İbrahim Səfiyev haqqında qələmə alınmış tədqiqat materiallarına, məqalələrə istinadən deyə bilərik ki, İbrahim Səfinin ailə məlumatlarının ictimaiyyətə düzgün çatdırılması və faktların dəqiqləşdirilməsinə, rəssamın yeganə qardaşı Kərim bəy Səfiyevin nəvəsi dosent Elşad Səfiyev işıq salıb. Həmçinin Elşad Səfiyev bir neçə il bundan əvvəl İbrahim Səfinin məzarını taparaq Azərbaycandan ilk ziyarət edən şəxs olmuşdur...
Səfiyev İbrahim Qafar bəy oğlu Cəlilkənd orta məktəbini, ardınca İrəvan Müəllimlər Seminariyasını bititrdikdən sonra 1917-ci ildə Rusiya Ali Rəssamlıq Məktəbini qəbul olmuş Rusiyada baş verən inqilab onun təhsilini yarımçıq qoyaraq vətənə geri qayıtmasına səbəb olmuşdur. 1918 - ci ildə Azərbaycanın bütün ərazilərində, o cümlədən Naxçıvanda başlayan erməni-müsəlman qırğınları ilə əlaqədar İbrahim Səfiyev Qafqaz İslam Ordusu sıralarında Azərbaycan torpaqlarının ermənilərdən azad olunmasında iştirak etmişdir. Sonradan Qafqaz İslam Ordusu ilə birlikdə Türkiyəyə qayıdan Səfiyev 1919-1920 - ci il tarixlərində zabit kimi Türkiyədə Qurtuluş savaşında iştirak edib. 1923 - cü ildə İstanbul İncəsənət Akademiyasından məzun olmuşdur. Yaxın dostu Türkiyənin məhşur rəssamı və kolleksiyoneri Naci Tərzi İbrahim Səfinin Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürkün naturadan rəsmini çəkdiyini bildirir. Lakin təəsüf ki, əsərin çəkilməsinin digər təffərüatları barədə geniş məlumatlar məlum deyildir...
Rəhman Səfiyevin İbrahim Səfi kimi tanınmasının da maraqlı tarixi var. Belə ki, Türkiyədə 1934-cü ildə Soyad haqqında qanun qəbul edilddikdən sonra Rəhman Səfiyev adını dəyişmək məcburiyyətində qalır. Qəbul edilmiş qanuna əsasən “ağa”, “hacı”, “hafız”, “hoca”, “efendi”, “bey”, “beyefendi”, ”paşa”, “hanımefendi”, “hazret” təxəllüslərinin qəbul edilməsi, həmçinin soyadların sonunda "ov", "yev", "ova", "yeva", o cümlədən də ərəb mənşəli bir çox sözlərin "Rəhman", "Rəhim", "Şəfa" və digər soyad və adlar qadağan edilmişdir. Beləliklə Rəhman Səfiyev bu qanundan sonra Türkiyədə artıq İbrahim Səfi kimi tanınmağa başlamışdır...
Biz bu faktı Cümhuriyyətin 100 tələbəsindən biri olan Zeynal Əlizadənin həyatında da görürük. Belə ki, sözügedən qanundan sonra görkəmli rəssam, heykəltaraş Zeynal Əlizadə Türkiyədə Zeynal Akkoç kimi tanınmağa başlamışdı...
Allah görkəmli rəssam İbrahim Səfiyevə rəhmət eləsin! Ruhuna dərin hörmət və ehtiramla...

Fuad MİKAYIL