SON DƏQİQƏ

AHƏNGYOL

Tarix:

14-10-2024, 11:09

/ 5 820 dəfə oxundu.
AHƏNGYOL

Əhməd QƏŞƏMOĞLU
Bizim başqaları ilə münasibətimiz həm də özümüzün sağlamlığımız, fəaliyyətimiz üçün olduqca mühüm əhəmiyyət daşıyır.  
Hər bir insan daima, həm də ətrafındakı insanlarla enerji mübadiləsi edir. O həm enerji alır, həm də özü enerji hasil edir, şüalandırır. Bizim başqa insanlarla münasibətimiz əxlaq, davranış normalarına uyğun olaraq baş verir. Amma elm bu insanlarla enerji mübadiləsi haqda hələ də elə bir ətraflı məlumata malik deyil.   Məsələn, yaşlı nəsillə gənc nəslin arasındakı enerji mübadiləsinin xarakteri; müəllimlə şagird, tələbə arasındakı enerji mübadiləsinin xarakteri; qohumlarla enerji mübadiləsinin xarakteri; övladlarla enerji mübadiləsinin xarakteri; idarə rəhbəri və işçilər arasındakı enerji mübadiləsinin xarakteri və s. Ahəngyol elmi, bu məsələlər barədə də ətraflı məlumat almaqda, daha ahəngdar bir mühitdə yaşamağa  Sizə kömək edə bilər.
Əziz dostlar! Ahəngyol elmini daha da ətraflı öyrənmək üçün müəyyən bir Cəmiyyət, Klub, Mərkəz yaxud İnstitut, Akademya təşkil etməmizi istərdinizmi? Belə bir qurum olarsa, nə şəkildə iştirak etmək istərdiniz? Fikirlərinizi mənim özümə də göndərə bilərsiniz.
скачать dle 12.1

Şərhlər