SON DƏQİQƏ
» » Bayden Bakı və İrəvan arasında sülh sazişindən danışdı

Bayden Bakı və İrəvan arasında sülh sazişindən danışdı

Tarix:

4-06-2024, 12:48

/ 2 813 dəfə oxundu.
Bayden Bakı və İrəvan arasında sülh sazişindən danışdı

“Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək”.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində və ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş məsləhətçisi Harri Kemianın oxuduğu müraciətdə deyilir. 
Baydenin müraciətində qeyd olunur ki, regional sabitlik və qarşılıqlı əlaqə ABŞ üçün prioritetdir.
“Uzunmüddətli sülh sazişi onilliklərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək və Azərbaycanın regiondakı rolunu kökündən dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Sülh və firavanlığın rəhbər prinsiplərimiz olaraq qalmasını təmin etməyi gələcək nəsillərə borcluyuq”.
Amerika lideri Azərbaycanın xüsusən də Avropa üçün qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qaldığını diqqətə çatdırıb.
Müraciətdə həmçinin qeyd olunur ki, Xəzər qazı getdikcə daha çox ölkələrə tədarük edilir, bu da Avropaya enerji mənbələrini şaxələndirməyə və kömürdən uzaqlaşmanı sürətləndirməyə kömək edir.
“Azərbaycan enerji hekayəsinin növbəti fəslinə hazırlaşarkən, təmiz enerji və metanın azaldılmasına artan diqqət və öhdəlik məni ruhlandırır. Xəzər külək enerjisinin əhəmiyyətli potensialı gələcəkdə Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələməsinə gətirib çıxara bilər”, – deyə ABŞ Prezidenti müraciətində qeyd edib.
O, həmçinin qeyd edir ki, COP29 Azərbaycana neft və qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və təmiz enerji keçidinin təşviqi kimi əsas qlobal təşəbbüsləri irəli sürmək üçün unikal imkan verir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ