"Qardaşlar, Allah bizlərə silah götürüb döyüşə girməyi bir də qismət eləsin. Belə getsə hər iki dünyada üzü qara olacağıq"-Şəhid Müşfiq Abbasov
Müşfiq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlamış və 2 qardaşı ilə birgə Müşfiq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlamışdı. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmiş, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdi.
Müşfiq Abbasov Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etmədilər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşfiq Abbasov və 2 oğlu bir gün sonra 27 sentyabr 2020-ci ildən könüllü olaraq Vətən müharibəsində döyüşə başladılar. 22 yaşlı İntiqam kəşfiyyat qrupunda Suqovuşan istiqamətinə, 20 yaşlı Şamil isə atası və əmisi ilə birgə Ağdam uğrunda gedən döyüşlərə göndərilir. Şamil atası və əmisi ilə birlikdə Ağdam uğrunda gedən döyüşlərdə ilə çiyin-çiyinə döyüşmüş, İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir. Müşfiq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır. 6 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə Abbasov Müşfiq Qabil oğlu qəhrəmancasına şəhid olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə Müşfiq Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Müşfiq Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş. Hörmətlə sizi anırıq vətənin qeyrətli oğlu!