SON DƏQİQƏ
» » Düşmənə sarsıdıcı zərbələr endirən ŞƏHİD CEYHUN

Düşmənə sarsıdıcı zərbələr endirən ŞƏHİD CEYHUN

Tarix:

16-02-2023, 23:07

/ 3 036 dəfə oxundu.
Düşmənə sarsıdıcı zərbələr endirən ŞƏHİD CEYHUN

  Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib.
Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb.
Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Ceyhun 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ceyhunun əmisi Muxtar Səfərovun dediklərindən; 
Ceyhun beş yaşı olarkən anasını itirmişdi.3 qardaş , bir bacı idilər.
Evin son beşiyi idi.Atası Akif kişi  halal zəhmətiylə övladlarını vətənpərvər ruhda böyümüşdü.
Ceyhun orta məktəbi bitirərək hərbi xidmətini uğurla başa vurmuşdu. Bir müddət qardaş Türkiyədə işlədi. Sonra isə Bakıya gələrək 8 - ci kilometr bazarında işə düzəlmişdi.Qardaşım oğlu ilə tez-  tez görüşürdüm.Bir gün o mənə dedi; Əmi, könüllü olaraq hərbi komissarlığa müraciət edərək adımı döyüşə yazdırmışam.
Mən isə ona zarafatla bildirdim ki, ay qardaşoğlu biz də səni evləndirmək hazırlaşırıq.
Ceyhun gülərək " hələ evlənmək qaçmır ki- dedi." 
Onda olan vətənpərvərliyə əhsən dedim.
Ceyhun 44 günlük vətən müharibəsində ən qaynar nöqtələrdə oldu.Füzulinin, Cəbrayılın azad olunmasında iştirak etdi.
Döyüş dostları onun şücaətindən ağız dolusu danışırdılar.Hündür boylu pəhləvan cüssəli qorxmaz oğul idi.
Ceyhunun acı xəbərini yenicə işə düzəltdiyi  iş yerinə zəng edib bildirmişdilər.
Biz Beyləqan Hospitalına getdik.
Ceyhunun nəşini doğulduğu kəndə gətirdik və dəfn etdik:.
Kiçik bir dağ kəndimizdə onlarla  şəhidimiz var.
Kənd camaatının maddi köməkliyi ilə kəndimizdə 
" Zəfər  parkı " abidəsi  inşa etdirmişik.
Kəndimizə gələn hər kəs zəfər kompleksini ziyarət edirlər.Bu məkan gənclərimizin and yeridir."
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Rauf İlyasoğlu.

Düşmənə sarsıdıcı zərbələr endirən ŞƏHİD CEYHUN

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ