İran və Ermənistan arasında silah tədarükü ilə bağlı məxfi müqavilə imzalanıb.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Iran International” yayıb.
Bildirilir ki, müqavilənin dəyəri 500 milyon dollar olaraq qiymətləndirilir.
Məlumata görə, müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemləri daxildir.