SON DƏQİQƏ

İranda “sükut günü”dür

Tarix:

27-06-2024, 12:27

/ 3 550 dəfə oxundu.
İranda “sükut günü”dür

İranda prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizədlərin təbliğat-təşviqat aparmasına ayrılan vaxt bu gün başa çatıb.
Sabah keçiriləcək seçkilərdə prezidentlik kürsüsü uğrunda 5 namizəd mübarizə aparacaq.
Prezidentlik uğrunda yarışanlardan parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Tehran meri Əlirza Zəkani, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi mühafizəkarları, sabiq səhiyyə naziri Məsud Peşekşian isə islahatçıları təmsil edir.
Sonuncu rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir.
Xatırladaq ki, bu ilin mayın 19-u İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterin göyərtəsində olan Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti həlak olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ