SON DƏQİQƏ

Katalizatorlu, Utilizasiyalı günümüz aydın

Tarix:

1-06-2024, 10:02

/ 6 206 dəfə oxundu.
Katalizatorlu, Utilizasiyalı günümüz aydın

  Ədib İSAOĞLU
 Deyir bir gün meşiyə vay düşdü ki, bə bir dəmir parçası düşübdür meşənin canına, qabağına keçən ağacı dorğuyur. Çox götür qoydan sonra bir nəticəyə gələ bilməyən meşə "qırılmışları"(yəniki dublaşmış, ömrü boyu susmuş, kötükləşmiş bəzi haqqını istiyə bilməyən xalqlar kimi) gəldilər yaşı 500-ü keçmiş qoca palıdın yanına. Başlarına gələn qəzövü qədəri danışdılar bu ulu palıda. Ulu palıdda qayıda ki, "onun nəmi nişanı nədir a bala". dedilər "özü dəmirdi sapı isə bizdəndi yəni ağacdandır". Qoca palıd qoca budaqlarını başına çırparaq çarəsiz səslə inildədi."vay-vay-vay sapı özümüzdəndirsə, ta bizim qurtuluşumuz yoxdur a bala. Gedin kəsiləcəyiniz (öləcəyiniz) günü gözləyin".
Ayə a başıvıza dönüm söz bizim məmurları tutmasın, əşi elə tutsun kasıbçılıqdan gedib Avropadan, Asiyadan, elə bəyənmədiyimiz və neft kəmərimizin torpaq basdısıyla dolanan Qruzinlərdən alıb gətirdiyimiz avtoları birinci gömrük məmurları qaydalaşdırır. Qaydalaşdırır deyəndəki, rüşvət zad almır ha elə beləcə 10 yaşlı avtonun istehsal maya dəyərindən biraz çox alır. Gömrükdən qurtarar qurtarmaz YPX kəsir başının üstünü. Adamın üstündə allah var YPX gömrükdən insaflıdır maşına verdiyin 300-500 dollar qədər də onlar pul alır.
Nə isə, məsələ o deyil məsələ bu yaxınlarda qüvvəyə minmiş katalizator və utalizasiya tələsidir. Qısacası ay kasıb kreditlə aldığın maşını sənin burnundan gətirəcəyik.
    Ay dövlətimin başbilənləri qəbul elədiyiniz qərar normalda çox gözəldi. Yəqindir ki bu qərarı alanda onuda düşünübsünüz ki, utalizasiya vasitəsi ilə qocalmış və sıradan çıxmış avtoların istismarını dayandırıb yenilərilə əvəzləməyə kömək edəsiniz. Ta siz hardan biləsiniz sapı özümüzdən olanlar tədbiq etdiyiniz qiymətləri ikiyə, üçə vurub o maşını yenə "trasa" buraxacaqlar. Bə siz bilmirsinizki, bizimkilərə vur deyəndə öldürürlər? Genədə allah deyib duraq görək da bəlkə yekə-yekə rəislər insafa gəlib tələlərin ipini boşaltdı.
    Ay Avropalılar, ay Asyalılar, ay acından ölən (bizim televizyaların gözüylə) Gürcülər bizə maşın satmayın . Satıb bizim kasıb xalqı daha da kasıblaşdırıb, saplarıda dahada yoğunlaşdırmayın.
Yenədə pənah allaha.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ