SON DƏQİQƏ

Az uşaqlılığın ACINACIQLI SƏBƏBİ

Tarix:

11-10-2023, 16:28

/ 7 133 dəfə oxundu.
Az uşaqlılığın ACINACIQLI SƏBƏBİ

Ədib İSAOĞLU
Bu yaxınlarda yaşlı nəsilin nümayəndələri (yəni yaşı 50 dən yuxarı) ilə maraqlı, biraz da ürək ağrıdan bir mövzunu müzakirə edirdik. Mövzu indi ailələrdə doğulan uşaqların sayının az olması ilə bağlı idi. Movzuda iştirak edən adamların demək olar ki, hamısının ailəsindəki uşaqların sayı 8 nəfərdən çox idi. Mövzu haqqında çox düşünəndən sonra bu qərara gəldim ki, səbəb bir yox, bir neçə imiş. Beş-altı ay hesablayandan sonra bu qərara gəldim ki, o vaxt uşaqların sayının çox olma səbəbi bunlar imiş. 
Naxçıvanlılar demiş ay sizin başıvıza dönüm, 10 uşaq doğan ana nə "feldşer mama" məntəqəsi tanıyırdı, nə genekoloq tanıyırdı, nədə ki 1000 manatdan çox xərc aparan cərrahiyyə əməliyatıynan doğum görürdü. Sədərəklilər demişkən eləcənə evdə, həyətdə, dağda, bağda top gülləsi kimi oğul qız dünyaya gətirirdilər. Və bundan da başqa  çox vaxt bəyənmədiyimiz urus hökümətinin vaxtlarında uşaq başına hökümət 16 manat pul verirdi, 10 uşaqdan çox doğan anaya qızıl medal və qəhrəman ana titulu verirdi, bizim ölkədə olmasada bir çox ölkələrdə (məsələn Pribaltika) 5 uşaqdan yuxarı olan ailələrə mikkroavtobus verirdi. Canım sizə desin məktəb paltarı verirdi, məktblərdə hazırlıq deyə bir zad yox idi, hər il dəyişən bahalı-bahalı dərsliklər və testlər isə heç adamın ağlına belə gəlməzdi. Beləliklə uşaq ona ayrılan 16 manatın 6 manatını ancaq yeyirdi qalan 10 manatsa atanın pivə pulu idi.
Ay mənim əzizlərim gəlin keçmişlə indiki vaxtı müqayisə edək. Bir uşaq dünyaya gətirmək üçün, əgər 2000 manatdan çox həkimə, yüzlərlə manat onun pampersinə, (pulu tapa bilsən) uşaq bağçasına, birinci sinifdən on birinci sinifə qədər minlərlə manat onun təhsilinə, çoxlu-çoxlu pulunan (rüşvətiynən bir yerdə)bunun universiteti, bunun iki aydan bir dəyişən libası, indi siz deyin bu şərtlər altında kim bir və ya iki uşaqdan artıq uşaq böyüdə bilər? Şanlı hökümətimiz ən azından bu doğruyan həkimlərə nəzarəti gücləndirsə, birdəki yüngülvari uşaq pulu versə, bəlkə ailə, yəni baba, nənə, ata və ana səfərbər olub, bir oğlan birdə qız uşağı böyüdə bilər. Nə bilim vallah genədə pənah allaha.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ